ABŞ Əfqanıstanda yenə `səhvən` polisləri bombaladı: - 12 ölü
Tarix: 22-07-2017, 11:02 |
Çap et
ABŞ Müdafiə Nazirliyi Pentaqonun aviazərbələri nəticəsində Əfqanıstan polisinin 12 əməkdaşı ölüb, ikisi isə yaralanıb.
FaktXəbər-in məlumatına görə, bu barədə Əfqanıstanın Helmənd əyalətinin polis rəisi Abdul Qafar Safi açıqlama verib.
"Associated Press"in yazdığına görə, aviazərbələr Talibana qarşı həyata keçirilən əməliyyatlar zamanı endirilib.
Safi bildirib ki, həlak olan polislər hərbçilərlə birlikdə rayonda xidmət edirdilər.
NATO açıqlama yayaraq bildirib ki, ABŞ təyyarələrinin polisləri bombalaması səhvən olub.
Qeyd etmək yerinə düşərdi ki, ABŞ təyyarələrinin hər il "səhvən" adlandırdığı bombardmanlar nəticəsində Əfqanıstan və Pakistanda yüzlərlə polis, əsgər və dinc sakin öldürülür.