Ərdoğana sui-qəsd ola bilər
Tarix: 20-07-2017, 09:11 |
Çap et
Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər.
Gununsesi.info bu barədə “Welt” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, nota iyulun 6-da göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.
“Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb.
Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20″-nin (Böyük 20-lik) sammiti keçirilib.