“ABŞ-dan fərqli olaraq biz…” - İran
Tarix: 17-07-2017, 08:18 |
Çap et
ABŞ İrandan fərqli olaraq nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Müqavilə imzalanan zaman biz razılaşdıq ki, üzərimizə götürdüyümüz öhdəlikləri yoxlayan yeganə qurum MAQATE olacaq. MAQATE indiyə qədər 7 dəfə Tehranın öhdəliklərini yerinə yetirdiyini bəyan edib. ABŞ haqqında isə bunu söyləmək olmaz” – deyə o bildirib.