Tillersondan Qətər böhranının həlli ilə bağlı çağırış
Tarix: 14-07-2017, 10:28 |
Çap et
Qətər böhranının həlli üçün bütün tərəflərin danışıqlar masası arxasında oturması lazımdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
O, hazırda tərəflərin heç bir səviyyədə danışıqlar aparmadığını vurğulayıb: "Biz istərdik ki, onlar masa arxasında üzbəüz oturub bu problemin həlli üçün müzakirələrə başlasınlar".
R.Tillerson əlavə edib ki, ABŞ dünyanın bu hissəsinin sabit olmasında maraqlıdır.