ABŞ Rusiya və İrana qarşı sanksiyalar layihəsinin yeni versiyasını təqdim edib
Tarix: 13-07-2017, 09:37 |
Çap et
ABŞ konqresinin nümayəndələr palatasındakı democrat partiyasının yüksək vəzifəli üzvlərindən ibarət qrup Rusiya və İrana münasibətdə sanksiyalar barədə qanun layihəsinin yeni versiyasını təqdim ediblər. Bu barədə “Reuters” agentliyi yazır.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, sənəd təxminən bir ay bundan əvvəl senatın mütləq səs çoxluğu ilə dəstəklədiyi sənədlə eynilik təşkil edir. Bu obrazla onun nümayəndələr palatasındakı müəllifləri respublikaçıların dəstəyinə nail olmağa çalışırlar.
Bundan əvvəl demokratlar başqa layihə təklif etməyə cəhd göstərsələr də, respublikaçılar bu fəaliyyətə qarşı çıxıblar.
Hazırki variantı nümayəndələr palatasındadı demokrat azlığı lideri Nensi Pelosi, onun fraksiya üzrə müavini Steni Hoyer, eləcə də xarici işlər üzrə komiitədə demokratların rəhbəri Eliot Engel nümayiş etdirib.
Xatırladaq ki, konqres senatı iyunun 15-də Rusiya və İrana qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəddə sanksiya altında olan Rusiya banklarının bazar maliyyələşməsinin maksimal müddətinin 14 günə qədər, sanksiya tətbiq edilən neft-qaz sektoru şirkətlərinin isə 30 günə qədər azaldılması təklif olunur.