Rusiya OPEC razılaşmasının işlədiyini deyir
Tarix: 7-07-2017, 09:27 |
Çap et
OPEC-lə Rusiya və digər neft hasilatçıları arasında qlobal razılaşma işləyir və hasilatın məhdudlaşdırılması üçün əlavə addımlara ehtiyac yoxdur.
Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyir.
«Məncə, qəbul olunan qərarlar düzgün idi», – Novak iyulun 6-da «Reuters» agentliyinə söyləyib.
Onun sözlərinə görə, əlavə tədbirlər neft bazarında qarışıqlıq və anlaşılmazlıq yaradar.
«Qiymət daha yuxarı səviyyədə oturuşub, bu da investorların, hasilatçıların və istehlakçıların maraqlarını nəzərə almağa imkan verir», – Novak deyib.
Bu il neftin qiyməti 50-60 dollar civarında tərəddüd edib.
Hazırda Londonda xam neftin barreli 48 dollardır.