Ərəb ölkələri ultimatumlarına Qətərin verdiyi cavabı alıb
Tarix: 5-07-2017, 09:34 |
Çap et
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərin tərəflərindən irəli sürülən tələblərə verdiyi cavabı aldıqları barədə birgə bəyanat dərc ediblər.
Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.
“Küveyt əmiri əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabahın xahiş etdiyi uzadılmış müddətin (ultimatumun fəaliyyəti) başa çatmasından əvvəl Küveytin vasitəçiliyi ilə dörd ölkə Qətərin cavabını alıb. Cavab öz vaxtında açıqlanacaq.”, - birgə bəyanatda qeyd olunur.
Çərşənbə axşamı rəsmi Doha ilə diplomatik əlaqələri kəsmiş ərəb ölkələrinin 13 tələbinin yerinə yetirilməsi üçün Qətərə verilən əlavə ikigünlük müddət başa çatıb.