Əfqanıstanda ABŞ əsgərlərinə silahlı hücum edilib
Tarix: 19-06-2017, 09:15 |
Çap et
Əfqanıstanın Mezar-ı Şərif şəhərində bir əfqan əsgərinin NATO bazasında xidmət edən Amerika Birləşmiş Ştatları əsgərlərinə silahla hücum etməsi nəticəsində 4 əsgər yaralanıb.
SalamNews-un “TRT”yə istinadən verdiyi məlumata görə, Əfqanıstanın şimalındakı 209-cu Şahin Korpusu Komandanlığının sözçüsü Əbdülqədir Ara Mezar-i Şərifin Dehdadi bölgəsində yerləşən hərbi hissədə bir əsgərin onlara təlim keçən ABŞ əsgərlərinə atəş açdığını söyləyib.
Hücumda 4 ABŞ əsgərinin yaralandığını qeyd edən Aram hadisədən sonra təcavüzkarın zərərsizləşdirildiyini bildirib.
Əfqanıstandakı ABŞ qüvvələrindən verilən açıqlamada məsələnin araşdırıldığı qeyd edilir.