Qətər böhranı bütün bölgə ölkələrinə mənfi təsir edəcək – Türkiyə rəsmisi
Tarix: 13-06-2017, 10:06 |
Çap et
"Qətər ətrafındakı böhran bütün bölgə ölkələrinə mənfi təsir edəcək."
SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini və hökumət təmsilçisi Numan Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.
O deyib: “Türkiyə Qətər probleminin həlli üçün əlindən gələni edir. Bütün tərəflər səmimi şəkildə səy göstərməlidir.
Ümid edirik ki, ən qısa müddətdə bu problem həll edilər."