Türkmənistandakı həbslərin pərdəarxası məqamları
Tarix: 17-05-2017, 09:07 | Çap et
Türkmənistanın hakimiyyət strukturlarında qalmaqallı, hamını şoka salan həbslərə start verilib. İndiyə qədər həbs edilənlər arasında ölkənin baş prokuroru Amanmurad Xallıyev, daxili işlər orqanlarının və digər qurumların 50-dən artıq əməkdaşı var. Daxili işlər naziri İsgəndər Mulikov isə şiddətli töhmət alıb. Məlumata görə, onun da başının üstündə qara buludlar əsir. Həbs edilənlərin hamısı korrupsiya və rüşvətxorluqda ittiham olunurlar. Ekspertlərin qənaətincə, səbəb V Asiya oyunlarının keçirilməsi ilə bağlı araşdırmalardır. Yoxlamalardan sonra ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov korrupsiya ilə mübarizə məqsədilə proqram işlənib hazırlanmasını irəli sürüb. Antikorrupsiya yoxlaması barədə qərarı şəxsən o özü verib. Maraqlısı odur ki, korrupsiya ittihamı ilə bağlı iclas televiziya ilə birbaşa yayımlanıb. İclası isə Ali Məhkəmənin sədri Beqenc Çarıyev aparıb. Onun sözlərinə görə, məmurların evlərində axtarış zamanı iri məbləğdə pul, qızıl-zinət əşyaları və s. qiymətli vasitələr götürülüb. İclas zamanı yoxlamaların gedişini əks etdirən videolar da nümayiş olunub. Videolarda dəbdəbəli evlər, həbs olunanların evlərindən külli miqdarda pul, qızıl-külçələr əks olunub. Həbs olunanlar arasında güc strukturları, hüquq-mühafizə orqanları əməkdaşları ilə yanaşı, neft-qaz sahəsində çalışanlar da var. Bunlar "Türkmenqaz”-ın rəhbəri, sement zavodlarının direktorları, Sənaye Nazirliyinin əməkdaşlarıdır. Onların hamısı hazırda istintaqa ifadə verir. "Bütün qanunsuz yolla yığılan pul və mülklər dövlətin nəzarətinə keçib”, - deyə türkmən televiziyasının yaydığı məlumatda bildirilib. Qərb nəşrlərinin yaydığı məlumata görə, prezident DİN rəhbəri İsgəndər Mulikovun və prokurorluq orqanlarının fəaliyyətindən sərt narazılığını ifadə edib. Marıysk vilayətinin Bayramali şəhərində bir sıra prokuror və DİN-in yüksək rütbəli əməkdaşları da işdən çıxarılıb, bir qisim də həbs edilib. Onlardan birinin evindən 15 mln. dollar nağd pul aşkar edilib. Hökumətin iclasında çıxış edən prezident deyib ki, rüşvətxorluq və korrupsiya dövlət orqanları və cəmiyyətin effektiv fəaliyyət göstərməsinə mane olur, iqtisadiyyatın inkişafını aşağı salır. Eyni zamanda, dövlət inkişafı yolunda ciddi maneələr yaradır. Dövlət başçısı bildirib ki, Təhlükəsizlik Şurası və parlamentə qısa zaman kəsiyində korrupsiya ilə mübarizə məqsədilə proqram işləyib hazırlamağı və təsdiq üçün hazırlamağı tapşırıb. O, həmçinin rüşvət almaqda ittiham olunan şəxslərin amnistiyaya düşməsini nəzərdə tutan qanunu ləğv etməyi tapşırıb. Məqsəd korrupsiya hallarının yaranmasına yol açan səbəblərin aradan qaldırılmasıdır.
Rusiya-Türkmən dostluq cəmiyyəti - "Soydaş”ın rəhbəri Maksat Saparmuradov Rusiyanın "Nezavisimaya qazeta” nəşrinə Türkmənistanda korrupsionerlərin üzə çıxarılması məqsədilə aparılan "əməliyyat”ın səbəblərini açıqlayıb. Onun sözlərinə görə, prezident Berdiməhəmmədov hüquq-mühafizə orqanları əməkdaşlarına, o cümlədən ölkənin baş prokuroru Amanmurad Xalıyevə və daxili işlər naziri İsgəndər Mulikova Asiada-2017 yarışmasının keçirilməsi məqsədilə biznesmen və məmurlardan ianələr toplanması tapşırığını verib. Pullar toplanıb. Lakin prezidentə təqdim edilən məbləğ azaldılıb - cəmi 15 mln. dollar. Lakin bu pullarla problemi həll etmək mümkün deyil. Məlumat üçün bildirək ki, Asiada - imicli bir tədbir hesab edilir. Dövlətin xəzinəsi boşdur, oyunları isə ləğv etmək mümkün deyil. Bu səbəbdən də Berdiməhəmmədov xüsusi xidmət orqanlarına məsələni araşdırmağı və xidməti araşdırma aparmağı tapşırıb. Aydın olub ki, yığılan pulların bir qismini güc strukturları mənimsəyib. "Qalmaqalı ört-basdır etməmək üçün prezident Berdiməhəmmədov həbslərə gedib və bunu cəmiyyətə korrupsiya ilə mübarizə kimi təqdim edib”, - deyə Saparmuradov bildirib. Asiada oyunlarının keçirilməsinə vəsaitlərin cəlb edilməsi məqsədilə keçirilən "proqram” çərçivəsində ianələr etmək istəməyən onlarla sahibkar həbs edilib. Aşqabadda keçiriləcək Asiada-ya artıq 8 mlrd. dollar sərf edilib. Bu vəsaitin 5 mlrd. dolları Olimpiya şəhərciyinin, 2,3 mlrd. dollar isə yeni beynəlxalq aeroportun inşasına sərf edilib. "Vəziyyət o qədər acınacaqlıdır ki, prezident Berdiməhəmmədov şəxsən biznesmen və iş adamlarından oyunların keçirilməsinə ianələr sərf etməyi xahiş edib. Bəlli olan odur ki, o, şəxsən türk iş adamlarına, konkret olaraq "Polimeks İnşaat” şirkətinin rəhbəri Erol Tabançıya belə bir müraciət edib.
Yaranmış gərgin vəziyyətdən türkmənləri İran xilas edə bilər. Bu ölkənin Türkmənistanın ona satdığı qaza görə yığılıb qalan borcu 32 mlrd. dollar təşkil edir. Lakin Tehran bu borcu ödəməyə tələsmir, əksinə, özü Türkmənistan barəsində Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etmək niyyətindədir. Əsas iradı da qazın qiyməti ilə bağlıdır. Rəsmi Tehran hesab edir ki, Türkmənistan qış dövründə onlara verdiyi qazı dayandırıb, eləcə də keyfiyyətsiz qazla təmin edib. Lakin Maksat Saparmurad bildirir ki, Tehranla qazın nəqli məsələsində saziş imzalayan Aşqabad borcun qaytarılacağına ümid edir. "Sazişin şərtlərinə görə, İran 20 il ərzində yığılıb qalan borclarını hissə-hissə ödəməyə hazırdır. Lakin bu ilin yanvarın 1-dən pul ünvanına çatdırılmayıb və dövlət başçısı da tapşırıb ki, iranlılar pul ödəməyənə kimi qazın nəqlini bərpa etməsinlər. Rəsmi Tehran danışıqlar stolu arxasında əyləşib problemi həll etmək niyyətindədir. Lakin Berdiməhəmmədov pul tələb edir. Qalmaqal böyüyür. Müqavilənin pozulması faktı var və həqiqət bu məsələdə iranlıların tərəfindədir. Əgər onlar məhkəməyə müraciət etsələr, onda prosesdən qalib çıxacaqlar. Bu zaman Aşqabadın daha bir problemi yaranacaq”, - deyə türkmən ekspert vurğulayıb. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
|