FaktXəbər-in "Euronews"a istinadən verdiyi məlumata görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində minlərlə insan etiraz aksiyası keçirib. Buna səbəb isə yerli hökumətin Corc Sorosun maliyyələşdirdiyi Avropa Mərkəzi Universitetinin bağlanmasını gündəmə gətirməsidir
Amerikalı milyarder Corc Sorosun təsis etdiyi təhsil ocağının qapadılmaması tələbi ilə etiraz yürüşündə bir neçə min insan iştirak edib.
Macarıstan hakimiyyəti qanunsuz əsaslarla diplomların verilməsinə görə universitetinin fəaliyyətinə xitam verməyi düşünür. Rektorluq isə bütün ittihamları rədd edib.
Qeyd edək ki, 1991-cu ildə yaradılmış Mərkəzi Avropa Universitetində hər il ABŞ və Avropa ölkələrindən 3 mindən çox tələbə təlim keçir. Təhsil ocağının rəsmən bağlanılması məsələsinə bu həftə parlamentdə baxılacaq.