İran da Türkiyənin İraqa girməsinə qarşıdır
Tarix: 25-10-2016, 08:13 |
Çap et
İran prezidenti Həsən Rohani Türkiyənin İraqın şimalına ordu yeritməsini pisləyib.
O bildirib ki, Türkiyə Mosulun “İslam Dövləti” qrupundan azad edilməsində iştirak etmək üçün İraq hökumətindən icazə almalıdır.
Rohani bunun çox təhlükəli olduğunu vurğulayıb.
İran xarici işlər nazirliyinin sözçüsü Bahram Gasemi də oktyabrın 24-də hansısa ölkənin terrorçuluqla mübarizə adı altında başqa ölkənin ərazisinə ordu yeritməsini qəbuledilməz adlandırıb.
Öz növbəsində İraqın baş naziri Haydar al Abaydi Türkiyəni Mosul əməliyyatlarından kənar durmağa çağırıb.
Amma Ankara bundan imtina edir.
Türkiyənin baş naziri Binali Yıldırımsa oktyabrın 23-də deyib ki, Türkiyə ordusu Mosul uğrunda “İslam Dövləti” qrupu ilə vuruşan kürdlərdən ibarət“Peşmərgə” qrupunu dəstəkləyir.
2015-ci ilin sonlarından Mosul ətrafındakı hərbi bazada 1000-dək Türkiyə əsgəri yerləşdirilib.
Bu qüvvələr əsasən sünni ərəb birləşmələri və “Peşmərgə” qrupuna təlim keçməklə məşğuldur.