"Suriya məsələsində Rusiya ilə razılaşmadan çox uzağıq"
Tarix: 20-10-2016, 09:47 |
Çap et
FaktXəbər-in verdeiyi məlumata görə, Almaniya baş naziri Angela Merkel, Suriya məsələsində Rusiya ilə razılaşmadan indiki halda çox uzaq olduqlarını bildirib.
Angela Merkel, paytaxt Berlində Ukrayna böhranını görüşmək məqsədilə Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko ilə Normandiya formatı çərçivəsində görüş keçirib.
Görüşdən sonra Ollande ilə birgə mətbuat konfransı keçirən Merkel, Suriyadakı müvəqqəti atəşkəsin Hələbdə yaşayanlara humanitar yardım üçün bir çıxış nöqtəsi olması lazım olduğunu söyləyib.
Xarici işlər nazirlərinin Suriya probleminin həlli üçün çalışması barədə qərar qəbul olunduğunu bildirən Merkel bildirib ki, tam şəkildə razılaşmadan çox uzağıq. Putin ilə keçirilən Suriya görüşündə açıq və sərt mübahisələr oldu. Bu gün də bir möcüzə olmadı.