Türkiyədə daha 23 polis əməkdaşı həbs edilib
Tarix: 11-10-2016, 08:02 |
Çap et
Türkiyədə daha 23 polis əməkdaşı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəd şübhəli bilinərək, tutulub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar "ByLock" kompüter proqarmından istifadə etikləri üçün həbs ediliblər.
İnformasiyaya görə, onların 9-u yüsək rütbəli zabitdir. Xəbərə əsasən, bu proqram vasitəsi ilə FETÖ-çülər biri-biri ilə əlaqə saxlayırmış.
Məlumatda bildirilib ki, bu ittihamla 27 polis saxlanılıb, onlardan 4-dən iltizam alınaraq, sərbəst buraxılıb.