İranda da 'McDonalds'lar olacaqmı?
Tarix: 3-10-2016, 08:24 | Çap et
İranın ortaya qoyduğu çətinliklərə sinə gərmək ABŞ-ın "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasını məhv etməsindən daha vacibdir. Bu ilin mayınadək İsrailin müdafiə naziri vəzifəsini tutmuş Moshe Ya’alon "Los Angeles Times" qəzetindəki köşə yazısında belə bir iddia irəli sürüb.
İRAN YALNIZ BİR İTKİ VERİB
Müəllif yazır ki, bir il əvvəl qüvvəyə minmiş nüvə sazişi İranın nüvə silahına yiyələnməsi təhlükəsini ertələsə də, 80 milyonluq əhalisi olan "militarist, fanatik İran" Qərbin maraqlarına "Raqqa və Mosul qatillərindən" daha böyük təhlükə yaradır.
Nüvə sazişinin imzalanması P5+1 qrupu, yəni ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyaya bir neçə üstünlük qazandırdı. Bunlar İranın nüvə proqramının 10 – 15 illiyə təxirə salınması, İranla siyasi gərginliyin aradan qaldırılması, bu ölkədə yeni bazarların açılması və İranın "İslam dövləti"nə qarşı mübarizəyə dəstək verməsidir. Amma müəllif iddia edir ki, bunlardan yalnız biri – nüvə proqramının ertələnməsi İrandan ötrü itki sayıla bilər.
Moshe Ya’alon yazır ki, bu sazişi imzalamaqla Tehran itirdiyindən daha çox qazanıb. O, nüvə layihəsini ertələməsi əvəzində bir çox iqtisadi sanksiyaların və siyasi təcridin ləğvinə nail olub. Bundan başqa, ballistik raket proqramı üzərindəki qadağalar yumşaldılıb.
“İRAN DİPLOMATLARI GÖZƏL ROL OYMAYIBLAR”
Müəllif İranın yol verdiyi pozuntuların həddindən çox olduğunu vurğulayır. Məqalədə İranın Suriyadakı Bashar Assad rejimini maddi dəstək və silahla təchiz etməsi, şiə partizanları dəstəkləməsi, "Hizbullaha silah, pul və təlim verməklə ondan Livan hökumətinin legitim statusunu zəiflətməyə strateji alət kimi" istifadə etməsi diqqətə çatdırılır. Müəllif yazır ki, İran Yəməndə husi üsyançılarına silah göndərməklə münaqişəni daha da qızışdırır, Ərəbistan yarımadasının digər yerlərində isə proksilər vasitəsiylə Səudiyyə Ərəbistanı və Bəhreyni zəiflətməyə çalışır. Keçmiş Müdafiə naziri həmçinin qeyd edir ki, İran Fələstin İslami Cohad təşkilatını və Hamas ünsürlərini maliyyələşdirir və onlara raket, dron və başqa silahlar düzəltməyin yollarını öyrədir. "Nüvə sazişindən sonra bunların heç biri azalmayıb, əksinə, İran bütün cəbhələrdə daha da aqressivləşib", – məqalədə deyilir.
Müəllif yazır ki, İran diplomatları nüvə sazişi ilə bağlı danışıqlar zamanı özlərini zəif göstərməklə öz rollarını çox gözəl oynayıblar. "Ancaq 14 ildən sonra, nüvə proqramı üzərindəki ciddi qadağalar aradan qaldırılandan sonra dünya İranın nüvə proqramının qarşısını almaqdan ötrü hər zamankından daha az imkanlara malik olacaq", Moshe Ya’alon yazır.
Müəllifin fikrincə, "maraqlı dövlətlər İranın nüvə sazişindən yararlanaraq Yaxın Şərqin siyasi xəritəsini yenidən, öz istədiyi kimi çəkməsini önləmək ...naminə birlikdə çalışmalıdırlar”.
CİDDİ TƏFTİŞ
İsrailin keçmiş müdafiə naziri iddia edir ki, atılmalı addımlardan biri İranın nüvə bazalarının ciddi təftiş olunmasıdır. Özü də təkcə Beynəlxalq Atom Enerjisi Təşkilatı (BAET) tərəfindən yox. "İranın nüvə pozuntularının böyük əksəriyyətinin üstünü BAET deyil, Qərb dövlətlərinin xüsusi xidmətləri açıb", məqalədə vurğulanır. Müəllif həmçinin yazır ki, maraqlı dövlətlər İrana ballistik raket proqramı və terrora dəstəklə bağlı da təzyiq göstərməli, BMT Təhlükəsizlik Şurasının İranın regiona silah sızdırmasını qadağan edən qətnamələrinin gerçəkləşdirilməsinə çalışmalıdırlar. "Yeri gəlmişkən, bu addımların heç biri nüvə sazişinin şərtlərini pozmur", müəllif qeyd edir.
Moshe Ya’alon "ABŞ-ın başçılığı ilə Qərbin, İranı regiondakı qeyri-sabitlik və radikalizmin əsas mənbəyi kimi yox, Yaxın Şərqdə problemlərin həllinin bir hissəsi kimi görməsi"ni problem sayır. "Əlbəttə, İran "İslam dövləti"nə qarşı mübarizə aparır. Ancaq dünyanın əsas radikal şiə hökumətinin radikal sünnilərlə vuruşması təəccüb doğurmamalıdır", – o yazır.
“TEHRANDA "McDONALD’S" GÖRMƏYƏCƏYİK”
Məqalədə "nüvə sazişinin həm daxildə, həm xaricdə daha mötədil, açıq, islahatçı İrana yol açacağını düşünənlərin" yanıldığı iddia olunur. "Ayatollah rejiminin İranı idarə etdiyi müddətdə biz Tehranda "McDonald’s" görə bilmərik. Əvəzində biz daha çox edam, repressiya və zülm görəcəyik", müəllif yazır.
Moshe Ya’alon qeyd edir ki, Yaxın Şərqdə daim bir-birinə düşmən olmuş dövlətlər İrana qarşı bu yanaşmanı bölüşürlər.
"Bu gün ərəblər və israillilər eyni qayıqdadırlar. Yan-yörəmizi İranın dəstəklədiyi təhlükələr basıb. Bu təhlükələrin öhdəsindən necə gələcəyimiz barədə də əsasən eyni fikirdəyik. Bircə Qərbdəki ənənəvi müttəfiqlərimizin, özəlliklə, Amerikadakı dostlarımızın fəallığı çatışmır. Prezident Obama, yaxud onun xələfi prioritetləri dəyişərək İranın sabitliyi pozan siyasətinə qarşı kampaniyaya başçılıq etsə ...həm ərəblər, həm də israillilər arasında ...tərəfdaşlar qazanacaq", deyə İsrailin keçmiş müdafiə naziri yazır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|