Kiyev Krım tatarlarının Məclisini bağlamaq qərarını pisləyir
Tarix: 30-09-2016, 09:10 |
Çap et
Krım Tatarlarının Məclisinin bağlanması barədə Krım məhkəməsi qərar vermişdi. Sentyabrın 29-da Rusiyanın Ali Məhkəməsi qərarın qüvvədə saxlanması haqda rəy verib.
Ukraynanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Məclisin qadağan olunması Krım tatarlarına qarşı təhqirdir. Nazirlik Rusiyanı bu qadağanı aradan qaldırmağa və Krım tatarlarının əsarətinə son qoymağa çağırıb.
Məclisin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini deyirlər.
Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Krım tatarlarının Məclisini «ekstremist təşkilat» adlandırıb.