Səudiyyə Ərəbistanı kralı nazirlərin maaşlarını azaldıb
Tarix: 27-09-2016, 08:46 |
Çap et
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud qənaət tədbirləri çərçivəsində dövlət qulluqçularının əmək haqlarını azaldıb, həmçinin, nazirlərin maaşlarını 20 faiz azaldıb. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq.