İranın hücum qayığı ABŞ gəmisinə yaxınlaşıb - Gərginlik
Tarix: 7-09-2016, 09:41 |
Çap et
ABŞ-ın donanma gəmisi İranın İslam İnqilab Qvardiyasının gəmisiylə toqquşmadan yayınmaq məqsədilə istiqamətini dəyişib. Pentaqon rəsmiləri sentyabrın 6-da bildiriblər ki, qayıq Fars Körfəzindəki gəminin təxminən 900 metrliyinə (100 yard) yaxınlaşıb. İnsident sentyabrın 4-də baş verib. Bu, son bir ayda artıq 4-cü belə qarşılaşmadır.
ABŞ rəsmiləri bu cür insidentlərin səhvlərlə sonuclanacağından narahatdırlar. Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib ki, İranın sürətli hücum gəmisi «USS Firebolt»un düz üstünə sürürmüş və gəmi məcburən istiqamətini dəyişib.
Davis İranın manevrlərini «təhlükəli və qeyri-peşəkar» adlandırıb və bildirib ki, qayıqda açıq və idarəolunan silahlar görünürmüş. ABŞ gəmisi düz 3 dəfə İran qayığıyla radio vasitəsilə əlaqə yaratmağa çalışıb, amma cavab almayıb.
Pentaqon bu il İranla 31 oxşar insident yaşandığını bildirir. Bu, ötən ildəkindən iki dəfə artıqdır.