Kərimovun xalqa müraciəti yayılıb
Tarix: 1-09-2016, 08:41 |
Çap et
Özbəkistan dövlət televiziyası Prezident Islam Karimov-un müstəqillik günü münasibətilə xalqa ənənəvi müraciətini oxuyub. Karimov bir neçə gündür beyin qansızmasıyla xəstəxanada yatır.
Avqustun 28-dən bəri onun barəsində rəsmi açıqlama verilməyib. Özbəkistan lideri rəsmi təbirlərdə də görünmür.
Karimovun kiçik qızı Lola Karimova-Tillyaeva avqustun 31-də sosial mediada 78 yaşlı atası üçün edilən dualara görə təşəkkürünü bildirib. Ondan əvvəl prezidentin ölüm xəbəri yayılsa da, təsdiqlənməmişdi.