Əsas Səhifə > Ölkə, Manşet > Humanitar Sosial İqtisad Kollecində bazar qaydaları
Humanitar Sosial İqtisad Kollecində bazar qaydaları9-02-2016, 10:03 |
Bakıda fəaliyyət göstərən və adı bir müddət əvvəl qalmaqala qarışmış Humanitar Sosial İqtisad Kollecində qəribə vəziyyət yaşanır. JAM.AZ xəbər verir ki, kollecin direktoru Rüxsarə Əliyeva Təhsil Nazirliyindən buraya transfer olunduqdan sonra qaydalarla yanaşı, durum da dəyişib. Məlumatda deyilir ki, xanım Əliyeva təhsil naziri Mikayıl Cabbarovla yola getməsə də, hansısa sirrli əllər onu direktor postunda saxlayır. Həmin «sehirli əl» isə nəinki onu himayə edir, həm də bir sıra qanunsuzluqlara imza atmasını sığortalamaqla da məşğul olur. JAM.AZ-a daxil olan məlumata görə, nazirlə yola getmədiyinə görə mütəmadi olaraq rəhbəri olduğu kollecdə yoxlamalar aparılan Rüxsarə Əliyevə, bütün hallarda vəziyyətdən çıxır. Məsələn, Humanitar Sosial İqtisad Kollecində digərlərində olduğu kimi, imtahan sessiyası dövründə tələbələrdən pul yığılır, imtahanlarda tapşırıq adi hala çevrilib. İddia olunur ki, sözügedən şəxs tələbələrdən alınan pulları bacısının əliylə toplayır. Bacısı isə kollecin kordiorunda gəzməklə duruma nəzarət edir və alış-veriş işlərini reallaşdırır. Səhərdən axşama qədər əlində çanta ilə koridorda dolaşan sözügedən şəxsin Humanitar Sosial İqtisad Kollecdə işləməməsi isə bir ayrı mətləbdir. JAM.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, kollecin direktorunun digər qazancı müəllimlərdən aylıq almasıdır. Onlar hər ay Rüxsarə Əliyevanı «görmək»lə işlərinə davam edir və kimsəni saya salmırlar. Amma xanım Əliyevanın bir başqa gəlir yeri də var. İddia olunur ki, direktorun şəxsi maraqları təmin olunduğundan kollecdə adı gedən, lakin özü məktəbin yolunu belə tanımayan 10-dan artıq müəllim də mövcuddur. Mənbə bildirir: «Əslində, nazir Rüxsarə Əliyevanı bu yerə sürgün edib. Onun bir səhvini taparaq, işdən çıxarmaq üçün də marıqda dayanıb. Və bunun gec-tez baş verəcəyi isə istisna deyil». Mənbə daha sonra iddia edir ki, Humanitar Sosial İqtisad Kollecində qəbuldan tutmuş, imtahanda qiymətlərin yazılmasına qədər hər şey pulladır. «Təsəvvür edirn ki, direktor süpürgəçi Fazilə xanımın maaşını mənimsəyib. Rüxsarə Əliyevanın belə işləri çoxdur. Lakin ona qarşı hər hansı bir tədbir görülmür». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |