Əsas Səhifə > Ölkə, Manşet > Deputatla bağlı yeni iddialar...
Deputatla bağlı yeni iddialar...3-02-2016, 10:15 |
Deputat Rəfael Cəbrayılovun başı qardaşına görə dərdə girib. “Gündəm-xəbər”ə verilən məlumata görə, qardaşı Elşən Cəbrayılovun adına olan "Dərhal” MMC-nin vətəndaşları aldatması ciddi səs-küy yaradıb. Millət vəkilinin qardaşının dələduzluqda ittiham olunması və deputatın da bu işdə adının çəkilməsi mətbuat səhifələrində tirajlanır. Şirkətin qurbanı olan payçılar tək-tək media orqanlarına şikayətlənir. Bu da deputatı həyəcanlandırıb. R.Cəbrayılovun qardaşına cinayət işi açılacağı da istisna deyil. “Gündəm-xəbər”ə bildirilib ki, deputata şirkət barəsində xəbərdarlıq olunub. Bakı şəhər sakini Osman Hacıyev məktubunda bildirir ki, "Lombard”da işləyib. Daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. Elə bu oyunu başına açanlardan biri də Mirəhməd Abbasov olub. Belə ki, o, övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Beləliklə, Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan "Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb. Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. "Dərhal” MMC-dən bildirilib ki, "sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, "Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Şikayətçinin sözlərinə görə, Mirəhməd Abbasovla əlaqə saxladıqda isə o, öncə Hacıyevə Cəbrayılovlara qarşı birlikdə mübarizə təklif edib. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Xatırladaq ki, Cəbrayılovların "Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili "Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, "Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Cəbrayılovlar və Mirəhməd Abbasov həmin yüksək çinli məmurlara güvənsələr də, qarşı tərəf də mübarizəsindən çəkilməməkdə qərarlıdır. Osman Hacıyev deyir ki, nə özümün illərlə yığdığım pulları, nə də çalışdığım müəssisədən qəsb edilənləri "Dərhal” MMC-yə bağışlamaq fikrimiz yoxdur. Hüquq müstəvisində sonuna qədər mübarizəmizi davam etdirəcəyik. Azərbaycan prezidentindən bu məsələ ilə bağlı yardım istəyən O.Hacıyev deyir ki, "Biz onlardan halal pulumuzu ya da o halal pulumuzla aldığımız evlərimizi istəyirik. Onlar isə heç birini vermək istəmirlər. Bu dələduzluğun son nöqtəsidir. Ancaq deputat elə bilməsin ki, bizi də digərləri kimi qorxudacaq və biz geri çəkiləcəyik. Əsla! Biz haqlı mübarizəmizi sonuna qədər davam etdirəcəyik”. Geri qayıt |