Əsas Səhifə > Ölkə, Manşet > Prezident yeni komanda quruluşuna start verəcək

Prezident yeni komanda quruluşuna start verəcək


27-01-2016, 10:13
Prezident yeni komanda quruluşuna start verəcək
DİA.AZ: - Dünənki müşavirədə məmurlara yerli malları və yerli istehsalı ciddi şəkildə təşviq edən prezident İlham Əliyev bununla kifayətlənməyəcək və yeni siyasətə ayaq uydurmayan bütün hakim komanda üzvlərini kənarlaşdıracaq. Bu sözləri DİA.AZ-a hökumətdəki mənbə deyib.

Qaynağın idaialarına görə, məlum böhran səbəbindən kəmərsıxma siyasəti çərçivəsində bir sıra dövlət qurumlarının ləğvi ilə yanaşı, nüfuzlu məmurlardan bəzilərinin də vəzifələrindən uzaqalaşdırılması gözlənilir.

"Kimdir onlar" sualının cavabında danışan qaynaq dia.az-a bildirdi ki, yaxın günlərdə hər şey bəlli olacaq: "Hələlik 2 oliqarx məmur xəbərdarlığını alıb. Dəyişikliklər mahiyyətcə sərt xarakter daşıyacaq. Kim ki yeni siyasətə tabe olmur, təbii ki cəzalanmalıdır. Kim ki özünü hakim komandanın bir üzvü kimi aparmır, mütləq kənarlaşdırılmalıdır. Yeni siyasət bunu tələb edir və son 1 ayda 3 müşavirə keçirən prezident İlham Əliyev məsələyə baxışının ciddiliyini də məhz bu şəkildə hiss etdirir".

Geri qayıt