Əsas Səhifə > Ölkə, Manşet > "Bələdiyyə sədri məndən rüşvət istəyir"

"Bələdiyyə sədri məndən rüşvət istəyir"


22-01-2016, 09:13
"Bələdiyyə sədri məndən rüşvət istəyir"
DİA.AZ: - Göyçay rayonu R.Rza küçəsi ev 51 sakini Məmmədyarov Müşfiq Sidqi oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:

"Ucar rayonu Küçəkənd kənd ərazisində sahəsi 1, 70 ha ərazini əhatə edən balıq yetişdirmək üçün min- bir əziyyətlə əmələ gətirdiyim gölü istifadə edilməsinə bələdiyyə sədri Ağakişi Kərimov əsassız olaraq qadağa qoyub.Buna görə məndən rüşvət tələb edir.Ancaq həmin ərazinin 15 illik icarəyə götürməyimə dair Küçəkən bələdiyyəsi ilə 07 iyun 2003-cü il tarixdə müqavilə bağlamışam və qanunu qaydada həmin vaxt icarə pulu ödəmişəm. Müqavilə bağlanan zaman Küçəkənd bələdiyyəsinin sədri başqa şəxs olmuşdur.Ancaq yeni sədr Ağakişi Kərimov məndən həmin göldən istifadə edilməsi üçün rüşvət tələb edir.Baxmayaraq ki, qüvvədə olan icarə müqavilməm var.İcarə haqqı isə banka bələdiyyəsinin hesabına ödənməlidir ki, buna razıyam.Ancaq bələdiyyə sədri Ağakişi Kərimovun istədiyi rüşvəti verməyə imkanımız yoxdur.Çünki həmin göl yenidən hazırlamaq üçşün bizə xeyli miqdarda vəsait lazım olacaq".

"Bələdiyyə sədri məndən rüşvət istəyir"
"Bələdiyyə sədri məndən rüşvət istəyir"
"Bələdiyyə sədri məndən rüşvət istəyir"

Daha sonra narazı vətəndaşın dia-az.life-a daxil olan müraciətində deyilir: "Qeyd edim ki, mən 2003-cü il tarixdə həmin 1,70 ha torpaq sahəsini icarəyə götürüb orada göl yaratmışam. İndi isə məqsədim həmin göldə maddi imkanı olan şəxslə ortaqlı iş qurub balıq yetişdirib sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə edib dövlətə vergi ödəyək bir neçə nəfəri işlə təmin edək.Ancaq çox təssüf olsun ki, bələdiyyə sədrindən çox özünü qolçomaq kimi aparan Ağakişi Kərimovun istədiyi rüşvəti verə bilmədiyimiz üçün sahibkarlıqla məşğul olmaq planlarımızı həyata keçirə bilmirik.Bələdiyyə sədri Ağakişi Kərimov öz qanunsuz əməllərini onunla əsaslandırır ki, kənd sakinləri bu göldə sənin balıq yetişdirməyinə razı deyil.Onda sual verirəm ki, istədiyin rüşvəti versəm kənd camaatı razı olacaq ? Çox təssüf olsun ki, saxtakar bələdiyyə sədrinin bu bəhanələri məndən istədiyi pulu almaqdır.Qeyd edim ki, həmin göl yaşayış sahəsindən 1 km aralıda yerləşir və həmin göldə mən iki il balıq yetişdirib sahibkarlıqla məşğul olmuşam müəyyən səbəblərə görə işimi dayandırdım.İndi isə maddi köməklik göstərən dostumla həmin fəaliyyəti bərpa etmək istəyirik.

"Bələdiyyə sədri məndən rüşvət istəyir"
"Bələdiyyə sədri məndən rüşvət istəyir"

Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafını boğan məmurlara etdiyi ciddi xəbərdarlıqlardan rüşvətxor Ağakişi Kərimov nəticə çıxarmaq istəmir.Biz bələdiyyə sədri Ağakişi Kərimovun qanunsuz əməllərindən Prezidentə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzaqdəyə şikayət ərizələri ilə müraciət etmişik.Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm Ucar rayonu Küçəkənd bələdiyyəsinin sədri Ağakişi Kərimovun sahibkarlıq fəaliyyətimə yaratmış maneənin aradan qaldırılıb onun barəsində qanunu tədbirlər görməyinizi sizdən çox-çox xahiş edirəm".

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandıra bilərik...

Geri qayıt