Əsas Səhifə > Ölkə, Manşet > Gədəbəyin icra başçısının fəaliyyəti təftiş olunacaq

Gədəbəyin icra başçısının fəaliyyəti təftiş olunacaq


21-01-2016, 09:48
Gədəbəyin icra başçısının fəaliyyəti təftiş olunacaq
DİA.AZ: - Son zamanlar bəzi rayon rəhbərlərinin yerlərdə narazılıqlar yaratması "yuxarılar"ın da əsas qayğısına çevrilib, desək, yanılmarıq. Bununla bağlı DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olan informasiyada vurğulanır ki, bu günlərdə bir neçə rayonda məhz qeyd olunan səbəblər üzündən icra hakimiyyəti başçılarının fəaliyyətlərinin təftiş olunması gözlənilir.

Xəbəri dia.az-a verən qaynaq bildirir ki, bu yöndə ilk addım barəsində ən çox şikayətlərin gəldiyi Gədəbəy rayon İH başçısı Ramiz Yediyarovun fəaliyyətinin təftişi ilə atılacaq. Mənbənin söylədikləri:

"Ramiz Yediyarov konkret olaraq kimlər tərəfindən himayə olunur, bəllidir. Amma bu gün situasiya elə bir xarakterdədir ki, hakimiyyətin kiminsə nazını çəkməyə, kiminsə nazı ilə oynamağa həvəsi və imkanı yoxdur. Və belə bir şəraitdə kifayət qədər himayə çətirinə bürünmüş Ramiz Yediyarovun hətta sərt formada cəzalanması belə mümkündür".

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt