Əsas Səhifə > Ölkə, Manşet > "Xəstə övladıma həkimlər sənəd verilməsi üçün məndən rüşvət istəyirlər"

"Xəstə övladıma həkimlər sənəd verilməsi üçün məndən rüşvət istəyirlər"


18-01-2016, 09:26
"Xəstə övladıma həkimlər sənəd verilməsi üçün məndən rüşvət istəyirlər"
DİA.AZ: - Redaksiyamıza yazan Ucar rayonu Alpı kəndi sakini Mehdiyeva Xəyalə Naməd qızı yerli səhiyyədən şikayətçidir. Daha doğrusu Ucar rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindan Narazı vətəndaş DİA.AZ-a yazır:

"Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi Səidə Kamilovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizi süründürməşiliyə məruz qoyub ki, bunun nəticəsində albinizim xəstəsi olan bir yaşlı övladım Əkbərin əlillik dərəcəsinin təyin edilməsinə əngəl yaranmışdır.Belə ki, 27.12.2014-cü il tarixdə dünyaya gəlmiş övladım Mehdiyev Əkbər Vüsal oğlu albinizim xəstəsidir.Buna dair Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin 24.12.2015-ci il tarixli tibbi rəy verildi. Həmin rəyə əsasən albinizim xəstəsi olan övladıma əlillik təyin edilməsinə görə Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün 88 nömrəli forma sənədini Ucar Mərkəzi Rayon Xəstəxanasının həkimi pediatr Səidə Kamilova heç bir əsas olmadan vermək istəmir.Bizə deyir ki, Milli Oftamologiya Mərkəzinin tibbi rəyi düz yazılmayıb".

Ucar sakininin dia-az.life-a yazdığı müraciətində daha sonra deyilir: "Səidə həkimin könlündən keçən pulu ona verməyə maddi imkanımız yoxdur deyə süründürməçiliyə məruz qalmışıq. Qeyd edim ki, ilk övladım 2013-cü il tarixdə anadan olmuş Mehdiyeva Nəzrin Vüsal qızıda albinizm xəstəsi olduğu üçün Akademik Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin tibbi rəyi əsasında forma 88 sənədi verildi və bu sənədi 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına təqdim etdikdən sonra xəstə övladımıza əlillik təyin edildi.İndi ikinci övladımız Əkbərdə oxşar qaydada albinizim xəstəsidir ki, onada əlillik təyin edilməlidir. Dəyişən bir odur ki, qızımız Nəzrinin 88 nömrəli forma sənədini keçən il başqa həkim pul almadan qanunu qaydada bizə təqdim etsədə bu ilı Səidə Kamilova kimi haqsızın əlinə düşmüşük deyə hüquqlarımız tapdanmış, süründürməçiliyə məruz qalmışıq.

Mən mətbuat vasitəsi ilə cənab Prezidentə, Mehriban xanıma və Səhiyə Naziri cənab Oktay Şirəliyevə müraciət edib çox-çox xahiş edirəm Sizə bu barədə göndərdiyim şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb qanunsuzluq edən həkim pediatr Səidə Kamilovanın barəsində qanunu tədbirlər görəsiniz və qanunu sənədimizin verilməsinə yaxından köməklik edəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
"Xəstə övladıma həkimlər sənəd verilməsi üçün məndən rüşvət istəyirlər"
"Xəstə övladıma həkimlər sənəd verilməsi üçün məndən rüşvət istəyirlər"

Geri qayıt