Əsas Səhifə > Ölkə, Manşet > "Özbaşınalığa etiraz olaraq aclıq aksiyasına başladım"...

"Özbaşınalığa etiraz olaraq aclıq aksiyasına başladım"...


11-01-2016, 10:05
"Özbaşınalığa etiraz olaraq aclıq aksiyasına başladım"...
DİA.AZ: - Ucar rayonu Qarabörk kəndi sakini İsrayılov Məhəmməd İsrayıl oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Vətəndaş yazır:

""Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərovun qanunsuz əməllərinə etiraz olaraq 11 yanvar 2016-cı il tarixdən ölüm aclığı aksiyasına başlamışam.Əgər aclıq aksiyası nəticəsində ölərəmsə bunun məsuliyyəti onun üzərinə düşəcək. Daşqın Ələkbərov bizi ölüm həddinə çatdırıb.Ötən həftə onun barəsində mətbuatdakı çıxışımdan sonra üstümə öz qoçularını göndərib məni hədələtdirdi. Məndən soruşdular ki. Banka məxsus avtomobilin Daşqın Ələkbərovun tərəfindən aşırdılması faktını sənə kim deyib, səsini çıxartma bir daha sənin üçün bu baha başa gələcək. Daşqın Ələkbərovun arxasında Emil Qasımov dayanıb oa heç nə etməyəcəklər sənin üçün pis olacaq. Mən sonradan öyrəndim ki, təxminən iki ay öncə Daşqın Ələkbərov banka məxsus avtomobili sərxoş vəziyyətdə aşırıb, gizlin təmir etdirmiş və bu barədə mərkəzi rəhbərliyə məlumat verməmişdir ki, onlarıda aldatmışdır. Həmçinin sonradan mənə deyildi ki, Daşqın Ələkbərov Bədən Tərbiyəsi Akademiyasını bitirib, o ixtisasca bədən tərbiyə müəllimidir. Belə bir adamın banka müdir təyin edilməsi qanunsuzluqdur.Onun nəticəsidir ki, Daşqın Ələkbərov "Kapital Bank" ASC-nin Ucar filialına müdir vəzifəsinə təyin edilən kimi 34 ilin təcrübəli və savadlı bank işçisi Hicran Süleymanovanı məzuniyyətdə ola-ola işdən çıxmasına dair məcburi ərizə yazdırıb.Əks təqdirdə onu şantaj etdirib həbs etdirəcəyi ilə hədələyib. Hamının hörmətini qazanmış , 34 il bank sistemində, bunun 15 ilini isə "KapitalBank" ASC-nin Ucar filialında nöqsansız işləmiş Hicran Süleymanova abırsızdan abrını qorumaq üçün işdən çıxmasına dair ərizə yazmağa məcbur olub. İxtisası bədən tərbiyə müəllimi olan Daşqın Ələkbərovun qanunsuz əməlləri nəticəsində ailəm aclıq içində yaşamağa məhkum olunub".

Daha sonra narazı Ucar sakini dia.az-a yazır: "İlin 12 ayı üzrə açılmış qrafik üzrə hər ay oğlum Valehin əmək haqqından 200 manat pul tutulursa, ona 28 dekabr 2015- ci il tarixdə verilən 1216 manat 13-cü maaşın tamamilə tutulması hansı qanuna əsaslanır ? Mən bu suala cavab verilməsini və bu özbaşınalığa aydınlıq gətirilib qanunu tədbirlər görülməsini " Kapital Bank" ASC-nin rəhbəri Rövşən Allahverdiyevdən xahiş edirəm. Azərbaycanın ən nüfuzlu bankı olan "Kapital Bank" ASC-nin Ucar filialına sərxoşluqla məşğul olan bədən tərbiyəsi müəllimi ixtisası olan şəxsin müdir ttəyin edilməsi düz deyil.Bu adam banka məxsus avtomobili sərxoş vəziyyətdə idarə edib qəzaya uğradıb baş idarədən gizlədirsə , öz rəhbərliyini aldadırsa ona etibar etmək olmaz.Belə adam vətəndaşlarıda aldadacaq ki, buda "Kapital Bank" ASC-nin nüfuzuna ləkə gətirir.Xahiş edirəm diqqətli olun və belə yaramazın barəsində qanunu tədbirlər görün.

Qeyd edim ki, , oğlum Valeh iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank" ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik etmişdir.Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank" ASC-nin Ucar filialı hər ay kredit pulunu oğlum Valehin maaşından tutmağa başladı.Buna görə heç bir narazılığımız olmayıb.Ancaq "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşınıda tam olaraq kredit borca görə tutmuşdur ki, bu ciddi qanun pozuntusudur.Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına üzrə tərtib edilmiş qrafikə uyğun hər ay kredit borcnu ödənilməlidir..Ancaq 13-cü maaşın kreditə tutulması tam qanunsuzluqdur. 6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur.Ümüdümüz ona veriləcək 13-cü maaşa idiki onuda "Kapital Bank" ASC-nin Ucar filialı tamamilə tutmaqla ailəmizin bayramını qara gətirdi.İmkansızlıqdan bizim ailə bayram etmədi".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt