Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Hansı icra başçılarının kürsüsü oynaqdır...

Hansı icra başçılarının kürsüsü oynaqdır...


8-01-2016, 14:02
Hansı icra başçılarının kürsüsü oynaqdır...
DİA.AZ: - Dünən xəbər verərək bildirdik ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunması gözlənilir. DİA.AZ-ın xəbərində həmçinin o da qeyd olunurdu ki, daha 3 rayonun rəhbərinin tutduqları postlardan azad olunmaları gözlənilir.

Bununla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, artıq başçıları dəyişəcək digər 3 rayonun da adı müəyyən mənada dəqiqləşib.

Mənbənin söylədikləri: "Hələlik tam dəqiq olmasa da, Ağsu, Qazax və Qusar RİH başçılarının dəyişəcəyi gözlənilir".

Mənbə dia.az-a açıqlamasında həmçinin Daşkəsən, Gədəbəy, Astara və Tovuz rayonlarının da rəhbərlərinin kürsülərinin oynaq olduğunu bildirib.

Geri qayıt