Əsas Səhifə > Ölkə, Manşet > Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...

Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...


10-12-2015, 09:54
Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...
DİA.AZ: - Şəmkir rayon icra hakimiyyətinin başçısı postunda 1 ilini yenicə tamamlayan Alimpaşa Məmmədov ilk günündən kifayət qədər mediatik bir dövlət məmuru kimi diqqətə gəldi.

Əslində bunun üçün icra başçısının özünün də maraqlı tərəf kimi çıxış etdiyini sezməmək mümkün deyildi.

Gah Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi"nin baş qəhrəmanı Polad Ələmdar sayağı "maneraları"...

Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...

...gah da köhnə kommunistlər sayağı getdiyi yerlərdə uşaqlara xüsusi diqqət ayırırmış kimi davranmaları...

Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...
Şəmkirin icra başçısı köhnə ənənələrini unutmayıb...

nəhayətdə icra başçısını mətbuatın dilində əzbərə çevirmiş oldu.

DİA.AZ bildirir ki, adı dilə yatımlı olmasa da, artıq adı dillər əzbəri olan Alimpaşa Məmmədov bu gün rəhbəri olduğu rayonda az qala köhnə peşə vərdişlərinə uyğun tərzdə bir mexanizma yarada bilib.

Bu barədə dia.az-a danışan şəmkirli sahibkarlardan birinin sözlərinə görə, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış Alimpaşa Məmmədov indi də özünü vergi işçisi kimi aparır:

"Onunla ayrı-ayrı sahibkar görüşsə də hər bir görüşdən eyni təəssürat yaranıb. Başçını maraqlandıran aylıq haqqın miqdarıdır. Keçmiş vergi işçisi olduğundan biznesdən yaxşı başı çıxır. Elə aylıq kəsir ki, nəfəsinin son həddi olur.

İndi də yeni il ərəfəsində yeni qaydalar tətbiq etməyə başlayıb. İlin dəyişməsi ilə əlaqədar iri sahibkarların hər birindən 2-5 min manat arası pul tələb edir. Verməyənin isə günü qara olacaq. Artıq Alimpaşa müəllimin xarakterinə bələdik".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt