Əsas Səhifə > Ölkə, Manşet > Mollalar Güney Azərbaycandakı olaylara Nardarandan cavab verdilər?

Mollalar Güney Azərbaycandakı olaylara Nardarandan cavab verdilər?


27-11-2015, 10:07
Mollalar Güney Azərbaycandakı olaylara Nardarandan cavab verdilər?
DİA.AZ: - Nardaranda nə baş verir? Əslində bu suala cavab tapmaq üçün bir az əvvələ qayıtmaq lazımdır. O əvvələ ki, bir para işbaz məmurların pul qazanma həvəsi Azərbaycana Nardaran kimi problemləri yaratmış oldu. Yəni dünən yaşanılanları bir başqa ünvanda da yaşaya bilərik. Çünki problem dərindir. Və bu problemi kökündən həll etmək üçün dövlətin mütləq şəkildə DƏMİR YUMRUĞUNA ehtiyac var.

Çünki...

Çünki bu gün Nardaranda DÖVLƏTƏ, MİLLƏTƏ, DİNİMİZƏ meydan sulayanlar artıq nə istədiklərini ortaya qoyublar. Və onlara zamanında başa salınmalı idi ki, onların istəkləri Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraq və dövlətçilik probsipləri, habelə qanunları ilə tərs-mütənasiblik təşkil edə bilməz və zamanında onlara həmin HƏDD və HÜDUD göstərilməli idi.

Əgər kimlərsə Azərbaycanda İrandakı atmosferi yaratmaq istəyirlərsə, bu, alınmayacaq və bunun üçün əlavə gücənmələrə ehtiyac yoxdur. Azərbaycanbir türk-müsəlman ölkəsi olmaqla yanaşı, artıq özünün dövləti xarakterini ifadə etmiş bir orqanizmdir. Və bu orqanizmə xarakterik olmayan istənilən bir ideoloji cərəyan, məfkurə və fikir toplusu iltihabdan başqa bir şey deyil.

İltihabın çarəsi isə tibbi müdaxilədir və bu gün məhz zamanında atılmayan addımlar səbəbindən Azərbaycanda vəhabilərin hansısa şəhərimizi müqəddəs elan edəcək qədərində cəsarətini görürük, İrandan buyruq alanların dövlətə meydan oxumasına şahidlik edirik.

Boşluq var idi...

Etiraf edək ki, boşluq var idi və bu boşluqdan iltihab etmiş yaraların çirki çıxdıqca daha ağır müdaxilə zərurəti yaranır.

Dünən Nardaranda dünyasını dəyişən polislər də, İranın başdan çıxardığı gənclər də bizim qardaşlarımızdır. Onlar bizim qanımızdan və bizim canımızdandır. Amma maləsəf, onlar bu gün Qarabağda səngər yoldaşı olmaq əvəzinə bir-birilərinə qənim kəsilmiş kimi görünürlər. Əgər İran kəşfiyyatı bu qədər özünü rahat hiss edibsə, o zaman MTN-nin həbs olunan generallarına əlavə ittihamların da oxunmasına zərurət var. Onların başı sahibkar ovunda keçdiyindən bu gün İran kəşfiyyatı bizim vətəndaşları istədiyi kimi yönəldir.

Onlar hətta...

Onlar hətta polisə - DÖVLƏT ADINA ÜZ-ÜZƏ GƏLDİKLƏRİ ÜNVANA belə atəş atmaq kimi ən ağır xəyanətə belə gedirlərsə, deməli, vəziyyət uruscadan da betərdir.

Nə etməli?

Bu sualın cavabı sadədir: Daha sərt addımlar və kimsəni bağışlamamaq...

Çünki bu, dövlətə asi olmaqdır və Azərbaycan dövləti var olsun deyə canını fəda edən, etməyə hazır olan milyonlar da tələb edir ki, BÖYÜK AİLƏMİZƏ xəyanət edənlərə ən sərt cəzalar kəsilsin.

Vəhabisindən, nurçusundan, irançısından və digər təhlükəli hesab olunacaq qeyri-ənənəvi ideya daşıyıcısından artıq hesab sormağın tam zamanıdır. Və onlara başa salınmalıdır ki, burası Ərəbistan deyil... BURASI TÜRK YURDU AZƏRBAYCANDIR!

P.S. Bir neçə gün əvvəl Güney Azərbaycan ayaqda idi... O zaman Nardaranda sakitlik müşahidə olundu. Halbuki etirazlara həmin vaxt qalxmaq lazım idi. Şünki farslar bizi təhqir etmişdi.

Görünür, Güney Azərbaycandakı ayaqlanmaya İran xəfiyyəsi Nardarandan boy göstərdi...




Şəhid polisimizə ağlayan bu anaların göz yaşını kim siləcək bəs...

Məhəmməd ƏRSOY
Geri qayıt