Əsas Səhifə > Ölkə, Manşet > Artur Rəsizadənin yerinə kimi təyin edirlər?
Artur Rəsizadənin yerinə kimi təyin edirlər?23-11-2015, 10:18 |
Noyabrın 24-də Konstitusiya Məhkəməsi bu ayın 1-də keçirilən parlament seçkilərinin nəticələrinə baxacaq. Həftənin sonunda isə Milli Məclisin ilk iclası keçiriləcək. ilk iclasda Milli Məclisə spiker seçiləcək. İstiqlal.az-a daxil olan məlumata görə, bu postu növbəti beş ildə də Oqtay Əsədovun tutacağı qəti deyil. Məlumata görə, bu dəfə Oqtay Əsədovu başqa şəxs əvəzləyə bilər. Bildirilir ki, yeni spiker qanunvericilik sahəsində təcrübəsi olan nisbətən gənc deputatlardan biri ola bilər. İlk iclasda prezident İlham Əliyevin iştirak edəcəyi və yeni baş nazirin parlamentə təqdim ediləcəyi də gələn məlumatlar sırasındadır. Yeni baş nazirin konkret kim olacağı hələlik bəlli deyil. Lakin Artur Rəsizadəni əvəzləyəcək şəxsin gənc texnokratlar arasından seçiləcəyi, nəzərdə tutulan iqtisadi islahatlara birbaşa rəhbərlik edəcəyi deyilir. Məlumatlara görə, yeni baş nazirin təyinatından sonra milli təhlükəsizlik və rabitə nazirlkilərinin də rəhbərliyi bəlli olacaq. Geri qayıt |