Əsas Səhifə > Ölkə, Manşet > Sabunçunun icra başçısı qanunsuz torpaq alverində...

Sabunçunun icra başçısı qanunsuz torpaq alverində...


20-11-2015, 11:54
Sabunçunun icra başçısı qanunsuz torpaq alverində...
Sabunçu qəsəbəsi 12 saylı evin sakini Tahirə Ağasiyeva qafqaznews.org-a müraciət edib.
Onun sözlərinə görə, 2014-cü ildə onların küçəsinin bir hissəsini Sabunçu RİH-nin məmurları qanunsuz olaraq mərmər istehsal edən bir sexə satıblar.
Müxbirimizin “ Nə üçün qanunsuz?” sualına şikayətçi belə cavab verdi: “Çünki həmin ərazi “Balaxanı Oil Company“ şirkətinə aiddir, icra hakimiyyəti həmin torpağı kiməsə verə bilməz”.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu RİH-nin hüquqşünası Rəfael Abdullayevə müraciət etdik. O, bildirdi ki, həmin ərazi qanuni yolla özəl şirkətə verilib: “ Və orada mərmər sexi deyil, anbar tikilib”
İcra başçısının köməkçisi Müslim Mahmudov isə qafqaznews.org-a bildirdi ki, həmin ərazi heç vaxt “Balaxanı Oil Company” şirkətinə aid olmayıb: “ Və icra hakimiyyəti qanunu pozmur. Şikayətçinin heç bir əsası yoxdur”.
Məsələ ilə bağlı “Balaxanı Oil Company” şirkətinin İnsan resursları Departamentinin rəhbəri ( adını demədi ) bizə bildirdi ki, icra hakimiyyətinin şirkətə məxsus torpağı kiməsə verməyə səlahiyyəti yoxdur.
Şirkətin ümumi işlər departamentinin müdiri Mübariz ( soyadını demədi ) bizə bildirdi ki, Sabunçu bazarının ətrafındakı bütün ərazi “Balaxanı Oil Company” şirkətinə məxsusdur.
Tanınmış vəkil Azər Quliyev isə qafqaznews.org-a bildirdi ki, “Balaxanı Oil Company” əməliyyat şirkətidir, onların istifadə etdiyi torpaqlar SOCAR-ın balansındadır. Nə əcəb SOCAR torpağının zəbt olunması ilə barışır? Onların kifayət qədər təcrübəli vəkilləri var ki, məhkəməyə müraciət edib qərarı dəyişdirsinlər”.

Geri qayıt