Əsas Səhifə > Ölkə, Manşet > Hakimiyyət növbəti kadr islahatına tədarük görür...
Hakimiyyət növbəti kadr islahatına tədarük görür...19-11-2015, 10:29 |
DİA.AZ: - İqtidar növbəti kadr islahatına hazırlaşır. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Qaynağın iddialarına görə, yaxın günlərdə boş qalan hər iki nazir postuna təyinatla yanaşı 3 rayonun icra hakimiyyətinin başçısı ilə bağlı da qərar veriləcək. Təbii ki, bu arada daha çox ictimai maraq kəsb edəni "vurulmuş" nazirləri kimin əvəz edəcəyi ilə bağlıdır. Bilgili qaynağın dia-az.life-a söylədiyinə görə, hazırda millət vəkili olan hakimiyyətin etibarlı fiqurlarından biri RİTN rəhbərliyinə gətirilə bilər. MTN şefi postuna isə Eldar Mahmudovun görəvdən alındığı ilk günlərdə adı şanslı namizəd kimi çəkilən Dövlət Sərhəd xidmətinin rəisinin müavini Fərhad Tağızadənin gətirilməsi isə an məsələsidir. Qeyd edək ki, zamanında mərhum prezident Heydər Əliyevin himayəsi altında yetişçiş Tağızadə kifayət qədər peşəkar çekist hesab olunur. dia-az.life-a danışan mənbə onu da bildirib ki, eyni zamanda Ağsu, Qazax və Ağdam rayon icra hakimiyyətlərində rəhbər dəyişikliyi gözlənilir. Mənbənin spylədikləri: "Ola bilsin ki, bu rayon icra başçılarından hansınasa yenidən vəzifə verilsin. Amma bu adam mütləq şəkildə hazırda Ağdama rəhbərlik edən Raqub Məmmədov deyil. Şünki həqiqətən də sabiq MTN rəhbərinə yaxınlığı olan Raqub Məmmədova "yuxarılar" etimad göstərmir. Geri qayıt |