Əsas Səhifə > Ölkə, Manşet > Qobustan MTN-nə şok ittihamlar:

Qobustan MTN-nə şok ittihamlar:


16-11-2015, 09:26
Qobustan MTN-nə şok ittihamlar:
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən qalmaqallar, bu mühüm dövlət qurumunda kök atmış “paqonlu quldurlar”ın əməlləri ilə bağlı məlumatlar bitib tükənmək bilmir. Bu dəfə cumhuriyyet.az-a MTN-nin Qobustan rayon şöbəsinin rəhbəri haqda ilginc məlumatlar daxil olub. Qobustan rayonunun Ərəbqədim kəndinin sakini olan Hikmət Məmmədov redaksiyamıza göndərdiyi məktubda üzləşdiyi qanunsuzluqlar və mühüm dövlt postunu tutan şəxsin əməllərindən bəhs edir.
Məlumat üçün bildirək ki, şikayətçi bir il əvvələ qədər Qobustan Rayon Polis Şöbəsində işləyirmiş. H.Məmmədov cumhuriyyet.az-a göndərdiyi məktubunda bildirir: “2014-cü ildə, Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinə Əfqan Məmmədov rəis təyin edildikdən sonra, o məni şərləyərək prokurorluğa verdi. Barəmdə çoxsaylı şikayətlər yazdıraraq, guya azyaşlı qızı zorladığımı sakinlər arasında yaymağa başladı. Bundan sonra Əfqan Məmmədov məni MTN-in Qobustan Şöbəsinə gecə vaxtı dəvət edərək əvvəlcə məndən rüşvət istədi. Onunla razılaşmadım. Sonra o, yazılan şikayətlərin qarşısını almağın mümkün olduğunu, bunun üçün ona işləməli olduğumu və çalışdığım Qobustan Rayon Polis Şöbəsindəki cərəyan edən hadisələri ona çatdırmalı olduğumu bildirdi. Əfqan Məmmədov hər dəfə mənə nazir Eldar Mahmudovun yaxın adamı olduğunu bildirərək qorxudurdu, Qobustan Polis Şöbəsində baş verən hadisələr, gedən söhbətlər, hazırlanan tədbirlər barədə xəbər verməyimi tələb edirdi. Lakin sonradan mənim ona işlədiyimi camaat arasında yayaraq özü məni biabır etdi. Nəticədə məni orqandan qovdular. Əfqan Məmmədov mənim işdən qovulmağıma səbəbkar oldu”.
H.Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinə Əfqan Məmmədov haqda açıqladığı faktlar bununla yekunlaşmır. Kifayət qədər ilginc faktlardan bəhs edən mənbə cumhuriyyet.az-a yazır: “Onun Qobustan rayonunda yaşayan qohumları Kənan və Teymur rayondakı sakinləri şərləyərək hədə qorxu gəlirlər, Əfqan Məmmədov üçün aylıq rüşvət istəyirlər. Əfqan Məmmədov təyin edildiyi bir il ərzində bir çox cinayətkar əməllər törətmişdir. İstifadəsində olan ikinci avtomobili (göy rəngli niva markalı, 90-SE-067 dövlət nömrə nişanlı) ilə gecə saatlarında rayonda hərəkət edən yük avtomobillərini saxlatdıraraq onlardan pul tələb edir, razı olmayan sürücüləri hədələyərək onların üstünə silah çəkir, torpaq daşıyan yük maşınlarından rüşvət tələb edir. Hətta bir dəfə ona tabe olmayan maşına şəxsi silahından atəş açaraq təkərini partladıb saxlamışdır”.

Əfqan Məmmədovun şəxsi həyatının gizli məqamları;
Qobustan şəhərində yaşayan Elnarə Cəmcəmli adlı qadınla bağlı qalmaqal;
Müntəzəm müalicələr və müəmmalı xəstəliklər…

Redaksiyamıza daxil olan bu və digər məlumatlarla bağlı növbəti yazımızda bəhs edəcəyik. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt