Əsas Səhifə > Ölkə, Manşet > Gəncədə "dövlətin universiteti" ideyası özünü niyə doğrultmur...

Gəncədə "dövlətin universiteti" ideyası özünü niyə doğrultmur...


10-11-2015, 09:19
Gəncədə "dövlətin universiteti" ideyası özünü niyə doğrultmur...
Ötən gün saytımızda Gəncə Dövldət Universitetində (GDU) baş verən özbaşınalıqlarla bağlı yazı dərc olunmuşdu. Həmin yazıda adıkeçən ali təhsil ocağında tələbələrin «aylığa» buraxıldığına dair məlumatlar yer almışdı. Qeyd edilirdi ki, prosesə əsasən fizika fakultəsinin dekanı İldırım Qasımov rəhbərlik edir və rektor Yusif Yusifov da öz növbəsində məsələdən məlumatlıdır.

Həmçinin o da vurğulanırdı ki, rektor bu məlumatın mediaya hansı şəkildə sızmasının köklərini axtarmaqla məşğuldur. Hətta bununla bağlı qapalı toplantı da keçirib.

Məsələ ilə bağlı JAM.AZ-a daha bir maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, dərc olunan yazıda heç də dərsə gəlməyən tələbələrin hamısının adı yazılmayıb. Fizika fakultəsinin tələbəsi kimi özünü təqdim edən şəxs vurğulayıb ki, təkcə onun oxuduğu fakultəsinin 100-dən artıq tələbəsi «aylığa» buraxılıb. «Dekan İldırım Qasımov onların qayıb yazılmasına imkan vermir. Hətta elə tələbələr var ki, adı universitetin dərs jurnalında getsə də, özü Rusiyadadır».

Qaynaq maraqlı bir məqama da toxunur. O bildirir ki, adları olub, özləri olmayan tələbələrin təqaüd alması da kimsəyə sirr deyil. «Adları jurnalda olub, lakin özləri dərsə gəlməyən tələbələr təqaüd də alırlar. Lakin onların təqaüd kartları heç də özlərində deyil. Belə ki, həmin kartlar faktiki olaraq İldırım Qasımovun oğlu İbrahim Qasımovdadır. İbrahim Qasımov isə hazırda Göyçayda yaşayır. Onun sözügedən rayondakı türk litseyində oxuduğu deyilir. İbrahimdə 10-a yaxın tələbənin təqaüd kartı var».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt