Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısının qardaşından hansı saxtakarlıqla qəhrəman düzəldirdilər...

İcra başçısının qardaşından hansı saxtakarlıqla qəhrəman düzəldirdilər...


3-11-2015, 09:28
İcra başçısının qardaşından hansı saxtakarlıqla qəhrəman düzəldirdilər...
Bir neçə il əvvəl MTN-in sponsorluğu ilə “Əsgər” sənədli filmi çəkilib. Filmdə Qarabağ müharibəsi tarixini MTN-in uydurma xidmətləri istiqamətində təhrif etmək cəhdi edilib. Bunun üçün 1993-cü ildə Qarabağda məşhur erməni terrorist Monte Melkonyanın məhv edilməsi faktı seçilib.
Ayıq çekistlər bu mövzunu “özəlləşdirmək” qərarına gəliblər və İbad Hüseynovu – özünümüdafiə dəstələrindən birinin döyüşçüsünü buna cəlb ediblər. 2005-ci ildə İ.Hüseynov birdən-birə Melkonyanı məhz o öldürdüyünü, onun başını kəsdiyini xatırlayıb və sağda-solda bu fotoşəkli nümayiş etdirməyə başlayıb. İlk baxışda axmaq və gülünc ideya çox tezliklə fəal tərəfdarlar qazanıb, onlar bundan siyasi və maddi kapital əldə etməyi qərara alıblar.
“Qəhrəmanı” mədh etməyə və tərifləməyə, gəncləri onu örnək almağa çağırmağa başlayıblar. “Ayıq” MTN bundan öz payını almaq qərarına gəlib və İ.Hüseynovu MTN-dən terrorçunu məhv etmək tapşırığı almış kəşfiyyatçısı kimi təqdim edib. Nəticədə ölkə ictimaiyyəti uzun müddət yanlış məlumatlandırılırdı, Melkonyanı öz həyatları bahasına məhv edənlərin xidmətləri haqqında isə heç nə deyilmirdi.
MTN-in və onun rəhbərliyinin bu siyasətinin səbəbi sadə idi – Melkonyanı qətlə yetirən döyüşçülər sıravi əsgərlər, PDM ekipajı idi və onları MTN-in xüsusi təyinatlıları kimi təqdim etmək alınmırdı. İbad Hüseynov isə məmnuniyyətlə Ceyms Bond rolunu oynamağı qəbul etdi. Amma nə MTN rəhbərliyi, nə də Hüseynov və onun himayəçiləri bir şeyi nəzərə almayıblar ki, Melkonyanın dəfni sənədləşdirilib. Dəfn kadrlarında onun başının yerində olduğu aydın görünür.
Bütün bunlara baxmayaraq MTN uzun müddət Melkonyanın Ağdam rayonunun Mərzili kəndində 708-ci briqadanın əsgərləri tərəfindən məhv edildiyini sübut edən materialları ilk dəfə araşdıran və dərc edənlərə təzyiq göstərməyə çalışıb. Bu “dava” zamanı, mətbuat xidmətinin ifadəsinə görə, məlum olub ki, filmin çəkilməsinin təşəbbüskarı məhz MTN olub və onlar İ.Hüseynovun kimin başını kəsdiyi barədə anlayışı belə olmadığını yaxşı bilirdilər.
Qısa arayış: İbad Hüseynov 1970-ci ilin 18 oktyabrında doğulub, Dağlıq Qarabağda ilk toqquşmaların başlandığı zaman Amurda sovet ordusunda qulluq edirdi. 1990-cı ilin oktyabrında Azərbaycana qayıtdıqdan sonra doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələrinə goşulur. 1992-ci ilin mayından iyuna qədər 724 saylı hərbi hissədə əsgər olub. 16 iyundan dekabra qədər 831 saylı hərbi hissədə vuruşub, sonra bu hərbi hissə dağıldığından əsgərləri 702-ci briqadanın tərkibinə veriblər. 1993-cü ilin avqustun 6-da 161 saylı hərbi hissə (Ağcabədi alayı) yaradılanda İbad Hüseynov hissəyə serjant rütbəsində dag-atici taqım komandirinin müavini kimi daxil olub. 1996-cı ildə tibb məntəqəsində sürücü kimi çalışıb, 1997-ci ildə ona baş çavuş rütbəsi verilərək ehtiyata buraxılıb. “Azərbaycan bayrağı” ordeniylə mükafatlandırılıb. Haqqında 2010-cu ildə “Əsgər” sənədli filmi çəkilib.
Xüsusi xatırlatma: İbad Hüseynovun qardaşı Eyvaz Hüseynov 1992-ci ildən indiyə qədər Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. Əslində İbad Hüseynov haqqında mifin yaradılmasında icra başçısı olan qardaşının xidməti danılmazdır…Eyvaz Hüseynov özünü mətbuatda “zəmanəmizin qəhrəmanı”, “Qarabağın xilaskarı” kimi təqdim edən İbad Hüseynovun qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsinin iştirakçısıdır. Onlar öz doğulduqları torpağı qorumaq kimi borclarını yerinə yetirdikləri üçün çox “göydən” gedirlər. Bu, sanki borc deyil, bütün xalqın boynuna qoyulan minnət yüküdür. Eyvaz Hüseynov 22 illik icra başçısı kimi Xocavənd camaatına bir xeyir verməsə də qardaşı İbad Hüseynovu “Zəmanəmizin Atillası” kimi təqdim etməyə nail olub. İbad Hüseynov haqqında çəkilən “Əsgər” filmi, xalq artisti Flora Kərimovanın “Qəhrəman İbad“ klipi də icra başçısının qardaşının qəhrəmanlığını gözə soxmağa hesablanıb. Ən azından İbad qarnına qumbara bağlayıb erməni tankının altına atılmaqla 54 nəfər döyüşçümüzün həyatını xilas edən Etibar İsmayılovdan daha çox qəhrəman deyil. Sadəcə Etibarın, Fred Asifin qardaşı icra başçısı olmadığı üçün haqqında filmlər, kliplər çəkilmədi.

Geri qayıt