Əsas Səhifə > Ölkə, Manşet > Bakıya mer gəlmək istəyir...

Bakıya mer gəlmək istəyir...


26-10-2015, 09:48
Bakıya mer gəlmək istəyir...
DİA.AZ: - Ölkədə əsas ictimai rəyin MTN ətrafında yaranmış qalmaqala və həm də seçkilərə yönəldiyi bir ərəfədə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də karyera yüksəlişi yolunda çabalarından qalmır. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, Elmar Vəliyev Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna gələ bilməsi üşün hərəkətdədir.

Mənbənin dia-az.life-a söylədikləri: "Məlumdur ki, bu, Elmar Vəliyevin çoxdankı arzusudur. Və hazırda Gəncə şefinin şansları kifayət qədər yüksəkdir və ola bilsin ki, yaxın günlərdə, seçkilərdən sonra belə bir qərar rəsmiləşsin".

Geri qayıt