Əsas Səhifə > Ölkə, Manşet > “Azərişıq”ın idarə rəisinin 2 oğlu İŞİD-ə qoşulub
“Azərişıq”ın idarə rəisinin 2 oğlu İŞİD-ə qoşulub19-10-2015, 09:22 |
“Azərişıq” ASC-nin Xızı şəbəkəsinə rəisi Asim Qəmbərovun 2 oğlundan biri İŞİD terror təşkilatına qoşulub. Bu məlumatı JAM.AZ-a Xızı sakini, həmçinin həmin idarədə işləyən Tahir Xudiyev məlumat verib. O iddia edib ki, Asim Qəmbərovun oğlu Azər Qəmbərov İŞİD-ə qoşulduğu üçün həbs olunub və hazırda həbsdədir. “Azər Qəmbərov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyada İŞİD terror təşkilatı və digər silahlı birləşmələrin fəaliyyətində iştirak edib. MTN İstintaq Baş İdarəsi tərəfindən haqqında Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”. Tahir Xudiyev JAM.AZ-a yazır ki, Asim Qəmbərovun digər oğlu isə hazırda Suriyada döyüşür. “Asim Qəbmərovun tərbiyə edib, böyütdüyü 2 oğlu dövlət qarşı çıxıb. O da dövlətdən aldığı maaşla, qazandığı pullarla dövlətə qarşı çıxan övladlarının ailələrinə baxır. Dövlət siyasətini dəstəkləyənlər AZƏRİŞIQ tərəfindən çıxarılır. Nəzarətçi-mühəndisi Rəşad Hümbətov nəzarət qrupunda quldurluq edir. Nəzarətçi-mühəndisə xüsusi xidməti avtomobil də ayrılıb”. O qeyd edib ki, Xızı Elektrik Şəbəkəsinin rəisi “Azərişığ”ın Şimal RETSİ-ni ailə şirkətinə çevirib. “Bir ailənin 2, hətta 3 üzvü, ər-arvad, ata-oğul, həmçinin pensiyaçılar işlə təmin edilib. “Lakin ailənin tək işləyən şəxslər işə qəbul edilməyib”. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |