Əsas Səhifə > Ölkə, Manşet > Rüstəm Xəlilova Sabirabaddan ismarıc var: "GƏLMÖÜN"...

Rüstəm Xəlilova Sabirabaddan ismarıc var: "GƏLMÖÜN"...


14-10-2015, 09:34
Rüstəm Xəlilova Sabirabaddan ismarıc var: "GƏLMÖÜN"...
DİA.AZ: - 64 saylı Sabirabafd İkinci Seçki Dairəsindən yenidən deputat seçilmək istəyən Rüstəm Xəlilova Sabirabaddan ilginc müraciət ünvanlanıb. Bu barədə DİA.AZ-a yazan Sabirabad sakinləri bildirir ki, 5 il ərzində Rüstəm Xəlilovun üzünü heç televizorda da görə bilməyiblər.

Dia.az-a daxil olan müraciətdə deyilir: "Camaatın deputatı heç olmasa arabir beynəlxalq aləmdən olsa da danışır. Bizimki ağzına su alıb, oturub. Belə lal deputatdansa 64 saylı dairəni birdəfəlik ləğv etsələr yaxşıdır".

Sakinlər Rüstəm Xəlilova müraciətlərində bildirirlər ki, onlar dəfələrlə deputatla görüşmək istəyiblər: "Amma bu görüş 5 ildə baş tutmadı. Ona görə də sizə dia.az vasitəsilə çatdırırıq: Sabirabada GƏLMÖÜN!!!"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt