Əsas Səhifə > Ölkə, Manşet > Tovuzda dövlət himayəsinə ehtiyacı olan körpələrə kimlər "qayğı göstərir"...

Tovuzda dövlət himayəsinə ehtiyacı olan körpələrə kimlər "qayğı göstərir"...


7-09-2015, 09:23
Tovuzda dövlət himayəsinə ehtiyacı olan körpələrə kimlər "qayğı göstərir"...
Yeni tədris ili ərəfəsində, respublikamızda fəaliyyət göstərən müxtəlif tipli təhsil müəssisələrinin fəaliyətləri xüsusunda mövzuların da yenidən gündəmə gətirilməsi halları getdikcə artır. Xüsusilə orta təhsil müəssisələrində ötən illərdə müşahidə olunan nöqsanların aradan qaldırılması istiqaməində hansı tədbirlərin görüldüyü, yeni dərs ilinə hazırlıq işlərinin hansı səviyyədə aparıldığı və bir çox digər bu kimi məqamlara dair suallar yerlərdə ictimaiyyəti daha çox maraqlandırır və bəzən də narahat edir. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Tovuz rayon Qovlar qəsəbə qarışıq tipli tam orta internat məktəbinin fəaliyyətində yer almış bir çox nöqsanlara dair açıqlamalar da öz əksini tapmaqdadır. İlk növbədə qeyd edək ki, əldə etdiyimiz məlumatlara görə, rəsmi adının belə mürəkkəb səslənməsinə baxmayaraq bu təhsil müəssisəsi sıradan bir kənd orta məktəbi kimi fəaliyyət göstərməkdədir. Yəni burada nə şagirdlərin müvəqqəti yaşamaları, nə də hər hansı təmayül qruplarının fəaliyyəti müşahidə olunmur. Digər tərəfdən isə bəzi mənbələr iddia edirlər ki, internat məktəbinin direktoru Eldar Hümbətov bütün bu məqamları rəsmi qaydada sənədləşdirərək, müvafiq vəsait ayırmalarından yetərincə yararlana bilir. Ümumiyyətlə son vaxtlar redaksiyamıza orta təhsil müəssisələrində yaşanan müxtəlif problemlər mövzusunda daxil olan şikayət məktubları arasında bölgələrdən gələn məlumatlara da tez-tez rast olunur. Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxtəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas maneələrdən biri olaraq qalmaqdaır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu xüsusda neqativ hallar bu gün Qovlar qəsəbə qarışıq tipli tam orta internat məktəbində də müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Aldığımız məlumatlarda isə internat məktəbinin direktoru Eldar Hümbətovun yarıtmaz fəaliyyətinə dair ciddi iradlar irəli sürülməkdədir. Bu xüsusda açıqlamalarda qeyd olunur ki, ötən tədris ilində də bu müəssisədə sürəkli olaraq pul yığımları həyata keçirilirdi. Belə ki, iddialara görə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 8-10 manata çatdırılıb. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bundan başqa, aldığımız məlumatlara görə məkəbdə pedaqoji heyət üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ min manata çatdırılır. Təbii ki, irəli sürülən bu itthamlar Qovlar qəsəbə qarışıq tipli tam orta internat məktəbində təhsil alan uşaqların cəmiyyətimizə layiqli vətəndaş olaraq yetişib-formalaşmaları imkanlarını da böyük şübhə altına alır. Lakin bu ittihamlar daha dəqiq araşdırmalar tələb edir və bu araşdırmalar da səlahiyyətli instansiyalar tərəfindən həyata keçirilməlidir. Bu arada isə, aldığımız məlumatlarda bildirilir ki, Eldar Hümbətovun rəhbərlik etdiyi bu məktəbdə təhsilə ümumiyyətlə heç bir aidiyyatı olmayan, daha çox məişət xarakterli problemlər də yaşanmaqdadır. Mənbənin iddiasına görə, bir müddət əvvəl məktəbdə bu zəmində baş vermiş olayı isə, hətta “işdə məhəbbət macərası” kimi də təsnifatlandırmaq olar...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt