Əsas Səhifə > Ölkə, Manşet > Eldar Əzizov təyinatını sərt etirazla qarşılayıb?

Eldar Əzizov təyinatını sərt etirazla qarşılayıb?


2-09-2015, 11:14
Eldar Əzizov təyinatını sərt etirazla qarşılayıb?
Dünən xəbər verildiyi kimi, Aberonun icra başçısı Zakir Fərəcov Sumqayıta, Sumqayıtın icra başçısı Eldar Əzizov isə Bakının Nizami rayonuna icra başçısı gətirilib. Ancaq ötən gecə bu xəbərlərlə bağlı rəsmi sərəncam olmadı.

Mia.az-ın əldə etdiyi xəbərə görə, sərəncamın gecikməsi məhz Eldar Əzizovun təyinatı ilə bağlı olub. Belə ki, Eldar Əzizovun bu təyinata həddən artıq incik yanaşması və daxildəki bəzi qrupların digər namizədin üzərində dayanması sərəncamların gecikməsinə səbəb olub...

Mia.az-a daxil olan sensasiyalı məsələlərlə bağlı digər məqamlar da var. Rəsmi məlumat olmadan bunları yazmaqla, prosesləri qabaqlamaq niyyətimiz olmadığından hələki gözləyirik. Mövzuya qayıdacağıq.

Onu da qeyd edək ki, Zakir Fərəcovun Sumqayıta getmə xəbərini ilk olaraq Strateq.az yayıb. Eldar Əzizovun Nizamiyə təyinatı ilə bağlı xəbər isə Mia.az-a verilən məlumat əsasında dərc olunub.

Geri qayıt