Əsas Səhifə > Ölkə, Manşet > Tutduğu posta yük kimi baxan nazir qardaşının xırıd etdiyi büdcə pulları…

Tutduğu posta yük kimi baxan nazir qardaşının xırıd etdiyi büdcə pulları…


27-08-2015, 11:09
Tutduğu posta yük kimi baxan nazir qardaşının xırıd etdiyi büdcə pulları…
DİA.AZ: - Bir zamanlar onun adı hətta Bakı şəhər icra hakimiyyətinin başçısı postuna da bir ciddi namizəd kimi hallanırdı. Çünki himayə olunurdu. Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı olmaq ona çox divident gətirib ki, bu günə qədər də hazırda Şirvan rayon icra hakimiyyətinin başçısı postunu tutan Mərdan müəllim Camalov bu şansından yetərincə yararlanıb.

DİA.AZ bildirir ki, təsadüfi olmayaraq bu gün şirvanlılar öz başçıları haqqında «əgər o Yavər Camalovun qardaşı olmasaydı, indi ən yaxşı halda bir «Şaqman»ın sükanı arxasında idi» ifadəsini işlədirlər. Çünki həqiqətən də tutduğu posta bir yük kimi baxan və Şirvan rayonunu yük maşını kimi idarə edən Mərdan Camalov üçün nəinki Bakı ŞİH başçısı kimi mühüm bir post, hətta hazırda daşığı vəzifənin özü belə həddindən artıq böyük mükafatlandırma, tvleyin ədalətsiz dəyərləndirməsidir.

Qarşıdan seçkilər gəlir…

Bəli, qarşıdan seçkilər gəlir. Mühüm siyasi hadisə hesab olunan builki parlament seçkiləri kimi önəmli bir mərhələdə şirvanlılar ümid edirlər ki, nəhayətdə onların da rayonlarına gün doğar. «Mərdan Camalov» adlı problemləri aradan qalxar.

Şirvanda olan DİA.AZ əməkdaşı ilə söhbətlərində də sakinlər bunu bildirirlər. Onların əsas şikayətləri başçının sakinlərlə rəftarından, yerli məmur özbaşınalıqlarındandır.

Azərbaycanın iri şəhərləri sırasında 5-ci yerdə gələn Şirvanın bu gün abadlaşdırılması adı altında milyonlarla manat vəsaitin mənimsənilməsi isə şəhərin küçələrində qısa gəzintidə dərhal hiss olunur.

Halbuki Şirvana dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan ayrı-ayrı abadlaşdırma, yenidənqurma məqsədilə milyonlarla vəsaitin aryıldığını əks etdirən sərəncam və qərarlara dəfələrlə şahidlik etmişik.

Deməli, möhtərəm nazirimizin ərköyün qardaşı bu pulların rayona yox, məhz ona, onun firavan həyatının qurulmasına ayrıldığını zənn edərək BAŞA DÜŞDÜYÜ TƏYİNAT üzərə xırıd edib.

Sakinlər deyir ki…

DİA.AZ əməkdaşı ilə söhbətlərində şirvanlılar kifayət qədər ümidli göründülər. Onlar deputatlarından - Azay Quliyevdən razılıq edərək bildirdilər ki, hətta görüşlərin birində deputata başçı ilə bağlı da sual veriblər.

Onlar deyirlər ki, elə bu gün Azay müəllimi, heç olmasa onun xarakterində gənc bir kadrı, Şirvana və Şirvanlılara bağlı adamı rayona başçı təyin etsəydilər, daha yaxşı nəticə əldə olunardı.

Xahişləri də tək budur…



Mövzumuzun davamı olacaq. Yaxın günlərdə Şirvanda yerli idarələrin taladığı büdcə pullarının xronologiyasını təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt