Əsas Səhifə > Ölkə, Manşet > Daha bir deputatın qələmi qırılıb

Daha bir deputatın qələmi qırılıb


14-08-2015, 10:56
Daha bir deputatın qələmi qırılıb
DİA.AZ: - Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının (ADBTİA) rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev adını bu ilin şansızları siyahısına yazdırmağa müvəffəq olub. Hər halda DİA.AZ-a daxil olan informasiyalardan anlaşılanı budur.

Belə ki, məlumatlı mənbə rektor-deputata artıq "yuxarılar" tərəfindən ciddi etimadın göstərilmədiyini bildirməklə yanaşı, habelə Ağacan Əbiyevin bu il parlamenyin yeni heyətində də yer almayacağını bildirirlər.

Mənbənin dia-az.life-a söylədiyinə görə, Azərbaycan üşün mühüm bir əhəmiyyət kəsb edən 1-ci Bakı Avropa Oyunlarına hətta Ağacan Əbiyevin rəhbərliyində təmsil olunduğu federasiyanın uğurlu nəticə göstərməsinə rəğmən rektor-deputata elə də geniş tribuna ayrılmadı. Mənbə izah edir ki, bu da Əbiyevin etimadını itirməsilə əlaqədardır.

Qaynağın dia-az.life-a bildirdikləri: "Ağacan Əbiyev deputatlığının son aylarını yaşayır. Eləcə də onun rektor postunda saxlanılıb-saxlanılmaması da müzakirə predmetidir. Yəni dəyişiklik olacaq. ADBTİA-yaya yeni rektor təyin olunacaq. Bunu elə təhsil naziri Mikayıl Cabbarov da çoxdandır arzulayır. Sadəcə olaraq himayədarları Əbiyevin rektor mövqelərinin qorunmasında dünənə qədər əsas faktor kimi çıxış edirdilər. Bu gün isə o, yetərincə müdafiə olunmadığından təkcə mandatını yox, həm də vəzifəsini itirəcək".

Geri qayıt