Əsas Səhifə > Ölkə, Manşet > Qaradağda məmur özbaşınalığı vətəndaşı çilədən çıxarıb...
Qaradağda məmur özbaşınalığı vətəndaşı çilədən çıxarıb...8-08-2015, 12:55 |
DİA.AZ "Balansinfo.az"-a istinadən xəbər verir ki, bu barədə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan Üzeyir Quliyevin redaksiyamıza daxil olmuş şikayət məktubunda bəhs olunur. Müraciəti olduğu kimi təqdim edirik: «Hörmətli redaksiya, bildirirəm ki, mən Quliyev Üzeyir Əbil oğlu Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmuşam. Hal-hazırda ailəmlə birlikdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki 11 saylı binada yaşayıram. Ailəm 7 nəfərdən ibarətdir. 80 yaşlı anam da bizimlə yaşayır, yataq xəstəsidir. Mən də ailəmə çörəkpulu qazanmaq üçün yaşadığım şəhərcikdə kənd təsərrüfatı məhsulları satmaq qərarına gəldim. Belə ki, dükan tikmək məqsədilə Müşfiqabad qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Qabil Quliyevin qəbulunda oldum. O, dükanın tikilməsi üçün bəzi sənəd və qərarın lazım olduğunu söylədi. Mən həmin sənədləri və qərarı götürüb bu ilin əvvəllərində Qabil Quliyevin yanına getdim. Kabinetinə daxil olanda Müşfiqabad qəsəbəsinin mühəndisi Asif adlı şəxs də içəridə idi. İkisi də gəlişimin səbəbini soruşdu. Gəlişimin səbəbini onlara bildirdim və Qabil müəllimə xatırlatdım ki, onun dediyi sənədləri və qərarı gətirmişəm. Hər ikisi sənədləri gözdən keçirdilər. Qeyd edim ki, sənəddə dükanın ərazisi 20 kv.metr nəzərdə tutulmuşdu. Onlar məndən dükanı harada tikəcəyimi soruşdular. Dedim ki, yaşadağım binanın baş tərəfindəki boş ərazidə. İkisi də bir ağızdan dedilər ki, Allah xeyir versin, get tik! Mən Mənzil-Kommunal İstismar Sahəsindən çıxandan 2 saat sonra Qabil müəllim məni yanına çağırdı. Kabinetində məndən soruşdu ki, 20 kv.metrlik dükan səni qane edəcəkmi? Onun nə demək istədiyini soruşdum. Qayıtdı ki, istəsən, dükanın həcmini artıra bilərik. Dedm, lap yaxşı. Dedi, onda sən hazırlaş, sabah sənə xəbər verəcəm. Ertəsi gün axşam saat 5-6 radələrində Qabil müəllim mənə zəng edib, yanına çağırdı. Mən «JEK»ə getdim. Qabil müəllim dedi ki, «səninlə kişi söhbəti edəcəm. İşini danışıb razılığını almışam, dükanın həcmini əlavə 50 kv.metr artıracaqsan. Amma dükanın 70 kv.metrlik layihəsinin təsdiqi üçün 5 min manat verəcəksən». Mən də dedim ki, gedib ailəmlə məsləhətləşib sonra şizinlə danışaram. Ailənin dolanışığını nəzərə alıb, maşınımı və həyat yoldaşımın qızıllırını sataraq 5 min manatı düzəltdim. Sonra da dükanın tikilməsi barədə sənədləri, qərarı və 5 min manatı götürüb Qabil müəllimin yanına getdim. Sənədləri və 5 min manat pulu kabinetində Qabil müəllimə verdim. O da dedi ki, «sən get arxayın tikintiyə başla, mən də dükanın 70 kv.m-lik layihəsini təsdiq etdirib gətirəcəm». Bundan sonra mən iki usta və üç fəhlə ilə dükanın tikintisinə başladım. Aradan təxminən 10 gün keçəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstimar Departamentinin müdir müavini Qulu adlı şəxs mənə zəng etdi. Dedi, bizə xəbər veriblər ki, sən orada nəsə tikirsən, hər nədirsə dayandır, bir-iki günə özüm gələcəm. Bir neçə gündəq sonra «Qaçqınkom»un nümayəndəsi, «JEK» rəisi Qabil müəllim və qəsəbənin mühəndisi tikinti gedən əraziyə gəldilər. Onlar öz aralarında nə söhbət etdilərsə, birdən mübahisə etməyə başladılar. «Qaçqınkom»un nümayəndəsi Qulu müəllim kiməsə zəng edib dedi ki, burada heç bir qanunsuz iş görülmür. Sonra da çıxıb getdilər. Sonradan məlum oldu ki, sən demə, Qabil müəllim məndən əlavə pul almaq məqsədilə «Qaçqınkom»a zəng edib ki, bir nəfər qəsəbədə qanunsuz dükan tikir. Halbuki Qabil Quliyevin rəis olduğu Mənzil-Kommunal İstismar Sahəsinin binası ilə mənim tikdirdiyim dükan üzbəüzdür, ara məsafəsi isə 15 metr ola, ya olmaya. Göndərdiyim fotodan da göründüyü kimi, Qabil müəllmin idarəsinin pəncərəsindən mənim tikdirdiyim dükan, dükanın pəncərəsindən isə onun möhtəşəm idarəsi görünür. Əgər mən dükanı qanunsuz tikirdimsə, Qabil müəllim hər gün gördüyü bu tikintini niyə gəlib dayandırmırdı? Üstürdən 4-5 ay keçəndən, tikinti başa çatandan, üstü örtüləndən sonra niyə etirazını bildirir? Bunu eşidəndən sonra Qabil müəllimin yanına gedib dedim ki, bu nə oyundur mənim başıma gətirirsən? O da dedi, bir az səbrli ol, bu iş böyüyüb, qoy ara sakitləşsin, işini həll edəcəm. Aradan bir müddət keçdi, lakin Qabil müəllimdən bir səs-soraq çıxmadı. Dost-tanış dedi ki, Qabil sənin savadsızlığından istifadə edərək, səni yola verir. Həqiqətən də belə oldu. Bir gün Qabil müəllim məni yanına çağırıb dedi ki, yuxarılar verdiyin 5 min manata dükanın 70 kv.metrlik layihəsini təsdiqləmir, əlavə pul istəyirlər, o pulu verməyə imkanın varmı? Dedim, yox, məndə hardadır o qədər pul? Beləcə, günü-günə sataraq Qabil Quliyev nə dükanın tikintisi ilə bağlı sənədləri, qararı və 70 kv.m-lik layihəni özümə qaytarır, nə də layihənin təsdiqi üçün məndən aldığı 5 min manatı. Ona görə də şikayitmi dərc etməyinizi və bu məsələni ictimailəşdirməyinizi sizdən xahiş edirəm. Onu da qeyd edim ki, mən məsələ ilə bağlı Qaradağ rayon prokurorluğuna, rayon Polis İdarəsinə, eləcə də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyev rəsmi şikayət ərizəsi ilə müraciət etmişəm. Müraciətimdə mənə dəyən maddi zərərin ödənilməsinə və dükanın 70 kv.m-lik layihəsi üçün Qabil Quliyevin məndən aldığı 5 min manatın geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişəm. Artıq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən şikayətimi araşdırır. Hətta Qabil Quliyevi Baş İdarəyə çağırıblar. Qaradağ rayon prokurorluğu isə şikayətimlə bağlı izahatımı da alıb. İnanıram ki, aidiyyəti qurumların köməyi ilə problem öz həllini tapacaq”. Şikayət məktubunda adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən də qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |