Əsas Səhifə > Ölkə, Manşet > Milyardlıq borcları olan dövlət şirkətinə yüz milyonluq bina lazımdır?

Milyardlıq borcları olan dövlət şirkətinə yüz milyonluq bina lazımdır?


14-07-2015, 11:08
Milyardlıq borcları olan dövlət şirkətinə yüz milyonluq bina lazımdır?
“Azərsu” prezidenti Qorxmaz Hüseynovun neqativ fəaliyyəti ilə bağlı dəfələrlə məlumatlar yayılıb.

Onun rəhbərlik etdiyi dövlət şirkətinin tenderlərində edilən qanunsuzluqlar, qohumlara və fətullahçılara yandırılan “yaşıl işıq”dan sonra yeni bina ilə gündəmə gəlib. Belə ki, Qorxmaz müəllim artıq 20 yanvarda-kasıbların çoxluq təşkil etdiyi ərazidən “Ağ şəhər”ə köçməyə hazırlaşır. Bu isə “yeni bina “Azərsu”nun borclarınamı yaraşır” sualını ortaya çıxarıb.
Belə ki, Qorxmaz Hüseynov oğlunun nişanında bir sandıq qızıl hədiyyə aparmasına və hər il Gülənə yüz minlərlə “Himmət” parası verməsinə baxmayın. “Azərsu” borc içində üzür.
Bu barədə müfəssəl məlumatı iqtisadçı ekspert Natiq Cəfərli açıqlayıb: “ “Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib. Ötən il su təchizatı sisteminin inkişafına investisiyalar (dövlət zəmanətli kreditlər də daxil) 500,9 milyon manat olub. Beləliklə, yanvarın 1-ə “Azərsu” ASC-yə dövlət investisiyaları 3 milyard 656,9 milyon manata çatıb. 31 dekabr, 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub. İl ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat azdır, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Faktiki, şirkət bankrotdur!
Və bütün bu rəqəmlərdən sonra, Azərsu ASC özünə yeni ofis binası tikir, təbii ki, dövlət büdcəsi hesabına, məntiq tapana keçə məndən…” /azerinfo.org

Geri qayıt