Əsas Səhifə > Ölkə, Manşet > Sabirabadlılar Vaqif Şıxəliyevlə bağlı Prezidentə müraciət etdi
Sabirabadlılar Vaqif Şıxəliyevlə bağlı Prezidentə müraciət etdi10-07-2015, 11:44 |
dia-az.life xəbər verir ki, ötən gün «Blansinfo.az»-a elektron məktub göndərən Sabirabad sakinlərinin məktubunu dərc etmişdik. Bu gün «Balansinfo.az»a Sabirabaddan daha bir məktub daxil olub. Bir qrup Sabirabad rayon ziyalıları adından yazılmış və Mirsultan Qurbanov, A.Hüseynov və başqaları tərəfindən göndərilmiş məktubu təqdim edirik. Məktub Prezident İlham Əliyevə ünvanlıdır: -Çox hörmətli cənab Prezident! Bu il Milli Məclisə seçkilər keçiriləcək. Artıq MSK bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Lakin bizə belə bir məlumat çatıb ki, Sabirabadın keçmiş icra başçısı, iki keçmiş baş nazir-Surət Hüseynovun və Baş nazir Pənah Hüseynovun yaxın dostu Vaqif Şıxəliyev Sabirabaddan deputat seçilməsi üçün qanuni yollara deyil, qanunsuz üsullara əl atmaqdadır. Rayonda hamı bilir ki, Vaqif Şıxəliyev bunun üçün artıq yaxın dostu, Daşkəsəndə qalmaqalları ilə gündəmi hər zaman zəbt etmiş icra Başçısı Əhəd Abiyevin ona verdiyi vədi əsasında o, deputat seçilmək istəyir. Vaqif Şıxəliyevi Sabirabadda hamı yaxşı tanıyır, kimliyini bilir. Hamı bilir ki, ona məxsus, Sabirabad-Bakı magistral yolunun üstündəki «Şəfəq» istirahət zonasını hansı məqsədlərə həsr edib… Cənab Prezident! Məlum edirik ki, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən Vaqif Şıxəliyev heç bir il bu vəzifədə duruş gətirmədi və Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Ulu Öndərin etimadını doğrulda bilməyən bir şəxs indi Sabirabadlı seçicilərin etimadını doğruldub səsini necə qazana bilər???». *** Müraciətdə «Balansinfo.az»-a müraciətlə deyilir: «Hörmətli sayt rəhbərliyi! Vaqif Şıxəliyevə məxsus «Şəfəq» istirahət mərkəzi rayonda əxlaqsızlıq yuvası kimi ad çıxarmışdır. Bu istirahət mərkəzi barədə bir müddət əvvəl mətbuatda narkotik qalmaqalı məsələsi də işıqlandırılmışdı. Biz internet arxivindən həmin materialı böyük çətinliklərlə tapmışıq. Bizdə olan məlumata görə, V.Şıxəliyev həmin materialı sosial şəbəkələrin arxivindən sildirməklə məşğuldur… Həmin yazını sizə göndəririk, xahiş edirik, dərc edəsiniz». *** Məktubdakı bəzi məsələlərlə bağlı Vaqif Şıxəliyevlə əlaqə yaratmağa çalışdıq. Lakin mobil telefonuna zəng çatmadı… Onun da mövqeyini öyrənib dərc etməyə hazırıq. Geri qayıt |