Əsas Səhifə > Ölkə, Manşet > Eyvaz Hüseynov ən yaxın günlərin hədəfinə çevrilə bilər...
Eyvaz Hüseynov ən yaxın günlərin hədəfinə çevrilə bilər...26-06-2015, 11:36 |
Xocavənddə baş verən qanunsuzluqlar əhalini boğaza yığıb. Yerli məmurların əlindən bezən köçkünlər üsyan həddinə çatdırılıb. Yurd-yuvasından didərgin salınmış xocavəndlilər indi də korrupsioner vəzifəlilərdən dad eləyir. İcra başçısı Eyvaz Hüseynovun isə başı yay istirahətinə qarışıb. TİA.AZ-a verilən məlumata görə, hətta onların etiraz aksiyası keçirəcəyi istisna olunmur. Xocavənddə günbəgün artan narazılıqların əsas səbəbi məmurların şikayətlərə baxmamasıdır. Rayonun iqtisadi-sosial inkişafı məqsədilə ayrılan dövlət vəsaitlərinin yerli məmurlar tərəfindən mənimsənilməsi bir yana, dövlət orqanları postunda oturmuş bu bürokratlar sakinləri saymır. Məlumatda bildirilir ki, Xocavənd rayon Maliyyə İdarəsi büdcə talançılığında icra hakimiyyətinə əl tutur. Təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanlı xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Xocavənd rayon Maliyyə İdarəsinin rəisi Fəyyaz Azadovun öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Buna səbəb kimi isə Eyvaz Hüseynovun himayəsində olduğunu göstərilir. Bizimdovr.az yazıb ki, F.Azadov Xocavənd RİH-nin mədəniyyət və turizm şöbəsində malik olduğu təsir vasitələrinin köməyi ilə rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının ixtisarına nail olub. Dərs saatlarını 127-dən 114-ə salmış F.Azadov onların bərpası üçün hər məktəbdən 1800 manat rüşvət tələb edir. F.Azadov öz növbəsində məsuliyyəti boynundan atmaq məqsədilə Xocavənd rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyevi qabağa verir. Eyvaz Hüseynovun maliyyə mənimsəmələri Mənzil Kommunal Təsərrüfatı Birliyinin vasitəsilə ilə də həyata keçirilir. Öz yaxın dostu və qohumu Elxan Məmmədovu bu təşkilata müdir təyin edən icra başçısı rayonun abadlıq işləri üçün keçirilən tenderləri məhz Mənzil Kommunal Təsərrüfatı Birliyinin vasitəsi ilə reallaşdırır. Müxtəlif maxinasiyalar sayəsində isə bir qayda olaraq bu tenderləri eyni şirkətlər qazanır və görüləcək işlər üçün ayrılan pullar hesabdan çıxarılaraq mənimsənilir. Konkret olaraq göstərilir ki, son bir neçə il ərzində yalnız icra başçısına məxsus olan “Toğrul-B” MMC və “Nərmin-2008″ MMC şirkətləri davamlı olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi tenderləri qazanır və bu firmaların hesabına 100 min manatlarla vəsait köçürülür. Məlumatlarda bildirilir ki, hər il dövlətin 100 min manatlarla vəsaitinin mənimsənilməsinə yol açan bu tender maxinasiyaları İcra başçısı Eyvaz Hüseynov, Xocavənd rayon Maliyyə şöbəsinin müdiri Fəyyaz Azadov və Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Elxan Məmmədov tərəfindən şərikli olaraq həyata keçirilir. Geri qayıt |