Əsas Səhifə > Ölkə, Manşet > Akif Səlimov parlament seçkiləri ərəfəsində yola salınır

Akif Səlimov parlament seçkiləri ərəfəsində yola salınır


3-06-2015, 11:50
Akif Səlimov parlament seçkiləri ərəfəsində yola salınır
DİA.AZ: - Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov artıq «yuxarıların» qəzəb hədəfindədir və onunla bağlı dəyişiklik qərarı parlament seçkiləri ərəfəsində veriləcək. Bu ilginc məlumatı DİA.AZ-a çatdıran mötəbər mənbənin iddialarına görə, Laçın RİH başçısının hədəfə çevrilməsi onun anlaşılmayan və iqtidarın maraqları ilə uyuşmayan siyasi mövqeyi ilə əlaqədardır.

Xatırladaq ki, bir neçə gün əvvəl Akif Səlimovun hətta bütün ölkə tərəfindən böyük coşqu ilə izlədiyi 1-ci Bakı Avropa Oyunlarına da üsyan etməsi barədə informasiyalar yayılmışdı.

Mənbə iddia edir ki, heç nə nəzərdən yayınmır və heç nə unudulmur. Qaynağın dia.az-a söylədikləri: «Akif Səlimov məlum siyasi keçmişinə sədaqət nümayiş etdirməsi səbəbindən onunla parlament seçkilərində «yola davam» deyilə bilməz. Bu seçki xüsusi önəm daşıdığından natamam siyasi mənsubluq ciddi problem hesab olunur».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt