Əsas Səhifə > Ölkə, Manşet > Şahin Mustafayev bunu bilirmi: Sahibkarların "böhran fəndi"...

Şahin Mustafayev bunu bilirmi: Sahibkarların "böhran fəndi"...


30-04-2015, 11:48
Şahin Mustafayev bunu bilirmi: Sahibkarların "böhran fəndi"...
Fevralın 21-dən sonra manatın dəyərdən düşməsi prosesi ölkədə qiymət artımına yüksək həddə təsir etməsə də, şirkətlər vəziyyətdən çıxmaq üçün yeni yolların axtarışına çıxıblar. Dollar-manat fərqindən dolayı xeyli pul itirən iş adamları çıxış yolunu satışa çıxardıqları məhsulların çəkisinə müdaxilə etməkdə görüblər. Və bunu artıq açıq şəkildə etməyə başlayıblar.

JAM.AZ xəbər verir ki, çörəkdən tutmuş, günəbaxan tumlarına qədər bütün məhsulların çəkisində azalma müşahidə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, son bir ay ərzində istehsal olunan günəbaxan tumlarının çəkisindəki azalma 10 qram təşkil edib. Belə ki, devalivasiyadan əvvəl 100 qramlıq paketlərdə satışa çıxarılan günəbaxan tumlarının hazırkı çəkisi 9 qram təşkil edir. Eyni zamanda, 40 qramlıq paketlərdə isə çəki 35 qrama endirilib.

Şahin Mustafayev bunu bilirmi: Sahibkarların "böhran fəndi"...

Amma azalma təkcə qeyd olunan mala aid deyil. Həmçinin satışa çıxarılan çörəklərin də çəkisində azalma müşahiəd edilir. JAM.AZ xəbər verir ki, 500 qramlıq çörəklərin faktiki real çəkisi 400 qramdan bir qədər çoxdur.

Müşahidəçilər deyir ki, belə bir vəziyyətin yaranması qeyri-adi hal sayılmamalıdır. Ona görə ki, problemin kökü ölkədə real iqtisadiyyatın olmaması və qiymətlərin inzibati yolla tənzimlənməsidir. Onların sözlərinə görə, manatın dəyərdən düşməsi səbəbindən xaricdən xammal alıb gətirən iş adamları ortada yaranmış manat-dollar fərqini ancaq mal və məhsulların çəkisini azaltmaqla aradan götürə bilirlər. Müşahidəçilərin fikrincə, əgər rəqabətli iqtisadiyyat mövcud olsaydı, o zaman çəki yerində qalar, qiymətlər isə reallığa uyğun şəkildə müəyyən edilərdi.

Geri qayıt