Əsas Səhifə > Ölkə, Manşet > Daha bir bank vətəndaşa fırlldaq gəlməkdə ittiham olunur

Daha bir bank vətəndaşa fırlldaq gəlməkdə ittiham olunur


20-04-2015, 14:48

İstehlakçı hüquqlarının pozulması, müştərilərin etimadından sui-istifadə edilməsi, onların aldadılması ilə bağlı müzakirələr dəfələrlə gündəmə gəlsə də, hələ də bu sahədə olan neqativ hallar aradan qalxmır.

İstehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri də, bank sektorudur.
Daha bir bank vətəndaşa fırlldaq gəlməkdə ittiham olunur
Müəyyən problemlərini həll etmək və aylıq ödəniş etməklə, rahatlığını təmin etmək istəyən müştərilər banklar tərəfindən elə soyğunçuluğa məruz qalır ki, növbəti dəfə bankdan pul götürməyəcəyinə “tövbə” edirlər.

Editor.az-a daxil olan növbəti şikayət məktubunda da bankların fəaliyyətindən, daha dəqiq desək, müştəriləri aldatması faktından bəhs olunacaq.

Portalımıza müraciət edən şikayətçi Tural Niftiyev bildirir ki, 2014-cü il istehsalı olan “Ford Mondeo” markalı avtomobili kreditlə götürüb:

“Aylıq ödənişləri “NBC Bank”ın əsas filialında ödəyirəm. Hər ay vaxtlı-vaxtında ödəniş edirdim. Yalnız aprel ayı üçün olan ödənişdə gecikmə yarandı. Qohumum rəhmətə getdiyi üçün bu ay müəyyən gecikmələr oldu. Qanunvericilikdə də nəzərdə tutulub ki, fors-major hallarda tərəflər məsuliyyət daşımır və buna görə, gecikmələr yaransa, qarşı tərəf güzəştə getməlidir. Nəhayət aprel ayı üçün nəzərdə tutulan ödənişi etmək üçün bankın baş ofisinə üz tutdum. Məndən aylıq ödənişdən 140 manat artıq pul verməyimi tələb etdilər. Tələb etdim ki, bu məbləğin necə ortaya çıxmasını mənə sübut etsinlər. Bankın işçisi “Bunu hesablaya bilmərəm, rəhbərliyin tapşırığıdır, krizisdir, kim gecikməyə yol versə, ondan artıq pul tutun” cavabını verdi. Mən bunun qanunsuz olduğun dedim. Uzun mübahisədən sonra onların qoyduğu qanunsuz tələblə razılaşmalı oldum”.

Xatırladaq ki, “NBC Bank” “Nurgin Holdinq” şirkətlər qrupuna aid törəmə müəssisədir və bu holdinqdə iki maliyyə şirkəti – “NBC Bank” və “Rəvan Sığorta” şirkətləri fəaliyyət göstərir.

Editor.az məsələyə “NBC Bank”ın baş ofisindən münasibət öyrənmək istəsə də, bankın 932 əlaqə nömrəsinə dörd dəfə ardıcıl etdiyimiz zəngə cavab verən olmadı.

Geri qayıt