Əsas Səhifə > Ölkə, Manşet > Bu dəfə Milli Məclisin üzvü övladının səhv əməlinin güdazına gedir

Bu dəfə Milli Məclisin üzvü övladının səhv əməlinin güdazına gedir


2-04-2015, 11:36
Bu dəfə Milli Məclisin üzvü övladının səhv əməlinin güdazına gedir
Oktyabr seçkiləri Mahir Aslanov üçün son ola bilər.

Ard-arda qalmaqallı hadisələrdə adı hallanan millət vəkili çətinə düşüb. Tia.az bildirir ki, yanvarda “avtoş”luq edən Famil Aslanov adlı şəxsin araşdırmalardan sonra deputatın oğlu olduğu müəyyən edilib.

Bu hadisə ilə M.Aslanov yenidən yuxarı dairələrin diqqət mərkəzinə gəlib. Prezident İlham Əliyevin “avtoş”lar barədə dediyi sərt sözlərdən sonra məmur oğlunun etdiyi bu səhv M.Aslanovu təşvişə salıb.

Bundan başqa, deputatın böyük oğlu Məhəmmədəli Aslanov batıb getməkdə olan “Bank of Azerbaijan” ASC-nin İdarə Heyətinin sədridir. Bu nüans M.Aslanovla Hafka arasında sirli əlaqələrin olmasına dəlalət edir.

Geri qayıt